Netanyahu Lindsi Qremin ona İranı vurmağı necə təkid etdiyini açıqladı: Bibi, sən bunu etməlisən
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Binyamin Netanyahu amerikalı senator Lindsi Qremin ona İranın nüvə proqramına qarşı hərbi zərbə endirməklə bağlı israrlı çağırışlar etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail hökumət başçısı NBC kanalının "Meet the Press" proqramına müsahibəsində danışıb.
Netanyahu Qremin bu mövzuda ona müraciətlərini xatırladaraq deyib:
"Qrem mənə deyirdi: “Bibi, sən bunu etməlisən. Onlar bizi məhv etməmişdən əvvəl sən bu nüvə proqramını məhv etməlisən'".
Baş nazir sözügedən dialoqun dəqiq vaxtını açıqlamasa da, senatorun bu mövzuda nə qədər qətiyyətli olduğunu vurğulayıb.
İsrail rəhbəri qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp hazırda öncəliklə diplomatiyaya üstünlük verir və İranla nüvə sazişinə nail olmağa çalışır. Lakin Netanyahu Trampın İrana qarşı güc tətbiq etməkdən çəkinmədiyinə diqqət çəkib:
"Tramp İranlıların öz öhdəliklərini verdikdən bir neçə saat və ya dəqiqə sonra pozduqlarını gördükdə, güc tətbiq etməkdən qətiyyən qorxmur".
Sonda Netanyahu İsrailin nüvə proqramına qarşı mübarizədə və Tehranın kütləvi qırğın silahlarına yiyələnməsinin qarşısının alınmasında ABŞ-ın göstərdiyi əməkdaşlığa görə Vaşinqtona minnətdarlığını bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 İyul 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















