Netanyahu: Livanda atəşkəs uğursuz olarsa, İsrail müharibəyə hazırdır
İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə (IDF) Livanda atəşkəsin uğursuz olacağı təqdirdə dövlətinin başlayacağı tammiqyaslı müharibəyə hazır olmağı əmr edib.
O bu barədə İsrail televiziyasının 14-cü kanalına müsahibəsində bildirib.
“Mən İsrail ordusuna atəşkəsin pozulacağı təqdirdə Livanda genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr etdim, əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, iki ölkə arasında atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib. (APA)
Baxış sayı:59
Mənbə:https://demokrat.az