Icma.az
close
up
RU
Netanyahu: Livanda atəşkəs uğursuz olarsa, İsrail müharibəyə hazırdır

Netanyahu: Livanda atəşkəs uğursuz olarsa, İsrail müharibəyə hazırdır

İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə (IDF) Livanda atəşkəsin uğursuz olacağı təqdirdə dövlətinin başlayacağı tammiqyaslı müharibəyə hazır olmağı əmr edib.

APA xəbər verir ki, o, bu barədə İsrail televiziyasının 14-cü kanalına müsahibəsində bildirib.

“Mən İsrail ordusuna atəşkəsin pozulacağı təqdirdə Livanda genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr etdim, əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, iki ölkə arasında atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib.

seeBaxış sayı:33
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri