Icma.az
close
up
RU
Netanyahu Trampın planını rədd etdi: “İsrail ordusu Livandan çıxmayacaq”

Netanyahu Trampın planını rədd etdi: “İsrail ordusu Livandan çıxmayacaq”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubundakı İsrail hərbi mövcudluğunun davam etdiriləcəyini bəyan edib. O bildirib ki, ABŞ və İran arasında əldə olunan son razılaşmalara, eləcə də beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail ordusu təhlükəsizlik maraqları təmin olunana qədər Livandan geri çəkilməyəcək.

Moderator.az xəbər verir ki, Netanyahu bu barədə yeni avtomobil yolunun açılış mərasimində çıxışı zamanı danışıb.

Baş nazir bildirib ki, İsrail Livanın cənubunda yaratdığı təhlükəsizlik zonasını qorumaqda qərarlıdır və Hizbullahın yaratdığı təhlükə tam aradan qalxmayınca ordunun bölgədən çıxarılması gündəmdə deyil.

“İsrailin təhlükəsizlik ehtiyacları tələb etdiyi müddətdə biz orada qalacağıq”, - Netanyahu vurğulayıb.

Son günlər ABŞ və İran arasında əldə olunan memorandumdan sonra Vaşinqton bölgədə bütün cəbhələrdə atəşkəs və gərginliyin azaldılmasını gözlədiyini açıqlayıb. ABŞ Prezidenti Donald Trump xüsusilə Livan istiqamətində də sabitliyin təmin olunmasının vacibliyini qeyd edib.

Lakin İsrail hökumətinin mövqeyi göstərir ki, Təl-Əviv Vaşinqtonun Livanla bağlı gözləntilərini bölüşmür. Reuters agentliyinin məlumatına görə, İsrail hətta Livanın cənubunda nəzarət etdiyi əraziləri göstərən yeni xəritə də yayıb. Həmin xəritə İsrail ordusunun əvvəlki mövqelərlə müqayisədə daha geniş ərazilərdə fəaliyyət göstərdiyini ortaya qoyur.

Məlumata görə, ABŞ administrasiyası İsrailin Livandakı hərbi mövcudluğunun məhdudlaşdırılması ilə bağlı müzakirələr aparsa da, Netanyahu hökuməti Hizbullah təhlükəsini əsas gətirərək geri çəkilməyə razılaşmır. İsrail tərəfi yalnız Livan hökumətinin və beynəlxalq vasitəçilərin Hizbullahın silahsızlaşdırılması istiqamətində real addımlar atacağı halda bu məsələyə yenidən baxa biləcəyini bildirir.

Xatırladaq ki, İsrail ordusu mart ayından etibarən Livanın cənubunda genişmiqyaslı əməliyyatlar aparır və burada “təhlükəsizlik zonası” yaratdığını elan edib. İsrail müdafiə rəhbərliyi dəfələrlə bəyan edib ki, Hizbullahın hərbi infrastrukturu məhv edilməyincə bu zonadan imtina edilməyəcək. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri