Netanyahunun qarşısına çıxan məşhur aktrisalar saxlanıldı 103 nəfər...
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Nyu-Yorkda İsrail Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı öncəsi keçirilən etiraz aksiyasında 103 nəfər saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, saxlanılanlar arasında “Oskar” mükafatlı aktrisa Syuzan Sarandon və “Emmi” mükafatlı “Hacks” serialının aktrisası Hannah Einbinder də olub. Etirazçılar Netanyahunun BMT-də çıxışından əvvəl şəhərin küçələri ilə BMT-nin Baş Qərargahına doğru yürüş ediblər.
Nümayişçilər İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarına görə məsuliyyət tələb edib və ABŞ-nin İsrailə hərbi dəstəyini dayandırmasını istəyiblər. Aksiya zamanı polis nümayişçilərə müdaxilə edib. pizza hut
Nyu-York Polis Departamenti aksiya zamanı ictimai asayişi pozduqları əsas gətirilərək 103 nəfərin saxlanıldığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 25 Sentyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















