Icma.az
close
up
RU
“Netflix” NASA raketlərinin buraxılışını və açıq kosmosa çıxışları canlı yayımlayacaq

“Netflix” NASA raketlərinin buraxılışını və açıq kosmosa çıxışları canlı yayımlayacaq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 iyul, AZƏRTAC

Bu yay “Netflix” NASA tərəfindən canlı yayımlanan məzmunu, o cümlədən raket buraxılışları, kosmosda gəzintilər və kosmik fəzadan Yerin mənzərəsini yayımlayacaq.

NASA açıqlamasında bildirib ki, bu addım qlobal auditoriyaya çatmaq səylərinin bir hissəsidir. Agentlik qeyd edib ki, məzmun artıq canlı yayımların mövcud olduğu NASA proqramında və internet saytında pulsuz və reklamsız qalacaq.

“NASA+” yayım xidməti 2023-cü ildə ictimaiyyətə kosmik məzmuna daha asan giriş imkanı vermək üçün istifadəyə verilib. “1958-ci ildə təsdiq edilən Milli Aeronavtika və Kosmos Qanunu bizi kosmosun tədqiqi hekayəsini mümkün qədər geniş auditoriya ilə paylaşmağa çağırır”, -deyə Xidmətin direktoru Rebekka Sirmons bildirib.

NASA sövdələşmənin maliyyə detallarını açıqlamır. Tərəfdaşlıq İlon Maskın “SpaceX” şirkətinin rəhbərlik etdiyi kommersiya raket buraxılışlarının artması fonunda baş verir. “Space Explored”in məlumatına görə, 2025-ci ilin birinci yarısında “SpaceX” tərəfindən kosmosa 81 raket və peyklər göndərilib. O, həmçinin Beynəlxalq Kosmik Stansiyaya astronavtları daşımaq üçün sertifikatlı kosmik gəmisi olan yeganə ABŞ şirkəti olaraq qalır.

Canlı yayımlar 2025-ci ilin yayında başlayacaq. Bu xidmətin abunəçiləri Beynəlxalq Kosmik Stansiyadan birbaşa reportajlardan və orbitdən - Yer kürəsinin mənzərəsindən həzz ala biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see226

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see214

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see131

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see123

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri