“Nəticədə neçə turdan sonra qələbə qazana bildik” “hərbçilər” güldü
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
1-ci liqanın 21-ci turunda MOİK “Cəbrayıl”ı 2:1 hesabıyla məğlub etdi.
“Hərbçilər” Orxan Səfiyaroğlunun rəhbərliyi altında ilk qələbəsini qazandı. Ötən ay baş məşqçi postunda Qəzənfər Abbasovu əvəzləyən gənc mütəxəssis 2 turluq qələbə həsrətinə son qoydu. MOİK isə 25 xalla 6-cı pillədə qərarlaşıb.
Orxan Səfiyaroğlu “Football-plus.az”a “Cəbrayıl”la oyun haqda bunları dedi:
“Cəbrayıl”la oyunda istənilən pis nəticənin bizi uçuruma aparacağını bilirdik. Buna görə həm biz məşqçilər heyəti, həm də futbolçular oyuna tam ciddi şəkildə kökləndik. Nəticədə neçə turdan sonra qələbə qazana bildik. “Qara zolaq”dan az da olsa, uzaqlaşa bildik. Amma bununla kifayətlənmirik. Qarşıda ağır oyunlarımız var. Hər oyuna qələbə üçün çıxacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Aprel 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















