Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Nevada səhrasında sirli səslər: Səbəbini heç kim tapa bilmir

Nevada səhrasında sirli səslər: Səbəbini heç kim tapa bilmir

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Las-Veqas yaxınlığındakı Mead gölü ətrafı, sakinlərin "nəhəng metal qapının cırıltısına” bənzətdikləri qəribə səslərlə sarsılıb. Polis onlarla müraciət alıb, lakin qaz şirkətləri səslərin onlardan qaynaqlanmadığını bildirib. Ərazi məşhur 51-ci Bölgəyə yaxın olduğu üçün hadisə yenidən müxtəlif sui-qəsd nəzəriyyələrini gündəmə gətirib.

Qaynarinfo xəbər verir ki, Nevada səhrasında yerləşən və populyar düşərgə məkanı sayılan Mead gölü ətrafında son günlər kanyonlarda eşidilən güclü və müəmmalı səslər yerli əhalidə və ziyarətçilərdə təşviş yaradıb. Las-Veqasdan cəmi 50 kilometr aralıda, Redstone piknik sahəsinin yaxınlığında fəaliyyət göstərən polis bölmələri "nəhəng metal qapının sırıltısına” bənzər gurultularla bağlı çoxsaylı zənglər qəbul edib.

Çərşənbə axşamı bütün gün davam edən səslər sosial şəbəkələrdə yayılan videolar vasitəsilə sürətlə diqqət çəkib. İstifadəçilərdən bəziləri bunun qaz və ya neft çıxarılması üçün istifadə edilən yüksək təzyiqli "hidravlik qırma” prosesindən qaynaqlandığını iddia etsə də, yerli qaz şirkəti həmin tarixdə bölgədə heç bir iş aparmadığını bildirərək bu iddiaları təkzib edib.

Hadisəni lentə alan şahidlərdən biri səsin onu yuxudan oyatdığını və dərhal təcili yardım xidmətinə zəng etdiyini söyləyib. Qadının sözlərinə görə, polis əməkdaşları həmin mövzuda 50-dən çox zəng aldığını təsdiqləyiblər.

Bəzi şahidlər səslərin mənbəyini tapmasalar da, ehtimallar Lake Mead Milli Rekreasiya Bölgəsindən keçən Kern River qaz kəmərinə yönəlib. Bir yerli sakin səsin "böyük təzyiq klapanının buxar buraxması” kimi gəldiyini, yəni qaz kəmərindəki boşalma səsi olduğunu irəli sürüb.

Lakin "Kern River Gas Transmission Company" həmin tarixlərdə heç bir qaz sızması baş vermədiyini təsdiqləyib. Şirkət yalnız 29 oktyabr tarixində sistem içi balanslaşdırma aparıldığını, lakin bunun səslərin eşidildiyi günlərlə əlaqəli olmadığını açıqlayıb.

Bu cür müəmmalı səslər bölgədə ilk dəfə qeydə alınmır. İllərdir düşərgəçilər və qayıq sahibləri Mead gölü ətrafında qəribə uğultular və iniltilər eşitdiklərini bildirirlər. Bu səslər xüsusilə 2010-cu illərin əvvəllərində, gölün su səviyyəsi rekord dərəcədə azaldığı dövrdə daha çox müşahidə olunub. Ziyarətçilər, yeni yaranan sahil zolaqlarından metal səslərinə bənzər gurultular gəldiyini qeyd ediblər.

Mütəxəssislər bu səsləri əksər hallarda kanyonlarda güclənən küləklə, kiçik yer hərəkətləri ilə və ya Hoover bəndi və yaxın tikinti sahələrindən yayılan titrəyişlərlə izah edirlər. Lakin internet istifadəçilərinin bir hissəsi son hadisəni "gizli layihələr”lə əlaqələndirir. Bir nəfər sosial şəbəkədə yazıb: "Səs o qədər güclü idi ki, pəncərələri titrətdi və kilometrlərlə uzaqdakı yabanı həyatı belə qorxutdu".

Başqa biri isə "Səslərin ritmik aralıqlarla gəlməsi onun insan fəaliyyəti nəticəsində yarandığına inandırır. Böyük qazma qurğusuna bənzəyirdi" deyə bildirib.

Bölgənin məşhur və sirli 51-ci Bölgədən təxminən 225 kilometr məsafədə yerləşməsi, hadisəni sui-qəsd nəzəriyyələrinin əsas hədəfinə çevirib. Sosial mediada bəzi istifadəçilər səslərin "gizli hökumət layihələri” ilə, hətta "Yerə gələcək varlıqlar üçün tikilən yeraltı şəhərin inşası” ilə bağlı ola biləcəyini iddia edirlər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri