Icma.az
close
up
RU
Nevroloqlar yaxşı əlamət sayılmayan 4 yuxu pozuntusunu açıqladı

Nevroloqlar yaxşı əlamət sayılmayan 4 yuxu pozuntusunu açıqladı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yuxu vərdişləri birbaşa beyin sağlamlığına təsir edir və əksinə. Buna görə də, orqanizmdə bir və ya bir neçə xroniki yuxu pozuntusu müşahidə olunarsa, bu daha ciddi problemlərin siqnalı ola bilər. Yel Tibb Məktəbinin nevrologiya üzrə dosenti Arman Feşaraki-Zade bildirib ki, xüsusilə dərin yuxunun pozulması ilə demensiya riski arasında güclü əlaqə mövcuddur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Huffpost” yazır.

Beyində yuxu zamanı toksinləri təmizləyən "qlimfatik sistem” fəaliyyət göstərir. Bu toksinlərə demensiya inkişaf etdikcə yığılan beta-amiloid zülalı da daxildir. Buna görə yuxu və oyanıqlıq dövrlərinin ciddi pozulması erkən xəbərdarlıq siqnalı ola bilər.

Alimlərin sözlərinə görə, yaddaşın formalaşması üç mərhələdən ibarətdir: kodlaşdırma, konsolidasiya və xatırlama. Xüsusilə konsolidasiya mərhələsi dərin və sürətli yuxu ilə bağlıdır və yeni məlumatların sabitləşməsində mühüm rol oynayır. Bu mərhələnin pozulması yaddaşın zəifləməsinə səbəb ola bilər.

Demensiyanın əlaməti ola biləcək yuxu problemləri

Ağır yuxusuzluq

Qəfil başlayan və ağır keçən yuxusuzluq diqqətlə qiymətləndirilməlidir. Bu, yuxuya getməkdə və yuxunu saxlamaqda ciddi çətinliklər, həmçinin gün ərzində güclü yorğunluq və tez-tez əhval dəyişiklikləri ilə müşayiət oluna bilər.

Nevroloq Favad Mianın sözlərinə görə, Altsheymer xəstəliyində yuxuya getməkdə çətinlik, gecə tez-tez oyanma və gündüz yuxululuq geniş yayılmışdır. Bu, yuxu-oyanıqlıq dövrünü tənzimləyən beyin strukturlarının tədricən zəifləməsi ilə bağlıdır.

Qeyri-adi vaxtlarda yatmaq

Sirkadiyan ritm insanın gündəlik aktivlik və yuxu rejimini tənzimləyir. Bu ritm pozulduqda insanın bioloji saatı ətraf mühitlə uyğunluğunu itirir və nəticədə gündüz çox yatmaq, gecə isə oyaq qalmaq halları yaranır.

Bu dəyişikliklər tez-tez şüurun qarışması və davranış dəyişiklikləri ilə müşayiət olunur. Bu isə neyrodegenerativ proseslərin beynin daxili saatına təsir etməsi ilə izah edilir.

Yuxuda real hərəkətlər etmək

Yuxuda qışqırmaq, vurmaq, təpik atmaq və ya qəfil hərəkətlər etmək bəzi demensiya növlərinin, xüsusilə Parkinson xəstəliyinin erkən əlaməti ola bilər.

Bu vəziyyət adətən sürətli yuxu fazasında davranış pozuntusu ilə bağlıdır və insanın gördüyü yuxulara fiziki reaksiya verməsi ilə xarakterizə olunur.

Gecə dolaşmaq

Bu halda sirkadiyan ritm pozulur, insan gecə daha aktiv olur və kifayət qədər yuxu ala bilmir. Nəticədə beynin gecə ərzində zərərli zülalları təmizləmə qabiliyyəti azalır və bu da zamanla koqnitiv funksiyaların zəifləməsinə səbəb ola bilər.

Həkimlər vurğulayır ki, yalnız yuxu problemlərinə əsaslanaraq demensiya diaqnozu qoymaq olmaz, lakin bu əlamətlər müşahidə olunarsa, mütəxəssisə müraciət etmək vacibdir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Mart 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri