Icma.az
close
up
RU
Nəyi, niyə və necə oxumaq...

Nəyi, niyə və necə oxumaq...

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Sürət əsrində yaşayırıq, həyatımızın ritmi dəyişir, insanın həyata baxışı dəyişir, bəzi anlayışlar dəyişir. Bir vaxt avtobusda, metroda hara baxsan qəzet, kitab oxuyan adamlar görərdin, indi isə hər kəs telefonla məşğuldur.
Gənclər televizora baxmaqdansa, internetdə dolaşmağı, iri həcmli əsərlər oxumaqdansa, qısa, bir cümləlik mesajlar oxumağı, yazmağı üstün tuturlar.
Oxumaq, həm də özünü gələcəyə hazırlamaq, həyatın mənasını, boynumuza düşən vəzifəni, nəyi, nə vaxt və necə yerinə yetirməli olduğumuzu anlamaq üçün oxumaq hər birimizin borcudur.
“Mürəkkəbin axmadığı yerdə qan axar”, - buyurulur. Yəni, bir yerdə yazıb-oxumaq, elm, insanlıq yoxdursa, orada cəhalət hökm sürər, zülm baş alıb gedər, insanlar bir-birinin malına, canına qıyar. Bu gün dünyada bir həqiqətə şahid oluruq ki, hansı ölkədə elmin səviyyəsi yüksəkdirsə, orada insanların həyat səviyyəsi də yüksəkdir, insan hüquqlarına riayət olunur, hər yerdə ədalət özünü göstərir.
Hər şeydən əvvəl insan nəyi və niyə oxumağı bilməlidir. Doğrudur, oxuduğun kitabdan mütləq nəsə götürəcəksən. Ən azı söz xəzinən zənginləşəcək, təxəyyülün, nitqin inkişaf edəcək, oxuduqlarını təsəvvüründə canlandıra biləcəksən, ancaq yuxarıda dediyimiz kimi, oxumağın məqsədi təkcə bu olmamalıdır. Vaxt öldürmək, başını nə iləsə qarışdırmaq üçün oxumaq da bir məna ifadə etmir.
Hər əməlin altında bir niyyət, məram olmalıdır. Ona görə də, sən niyə oxumalı olduğunu yaxşı dərk etməlisən.
Çox da uzaq olmayan keçmişdə sovet yazıçıları bir kolxozçu qızla həmin kolxozda briqadir işləyən oğlanın sevgisini, onların məhsul toplanışındakı əməyini gözəl cümlələrlə tərənnüm edir, onların məhəbbətini sınaqdan keçirmək üçün araya yüngülvari bir maneə yerləşdirir, gənclər o mərhələni də uğurla keçəndən sonra onları bir-birinə qovuşduraraq, daha bir xoşbəxt sovet ailəsinin nikah şəhadətnaməsinə imza atırdılar. Və təsəvvür edin ki, bu bircə cümlədə ifadə etdiyimiz süjet 400-500 səhifəlik kitab olurdu. Ola bilsin ki, əsərin qəhrəmanlarından biri pambıqçı yox, sağıcı, o biri də briqadir deyil, traktorçu ola bilərdi, amma nəticə etibarı ilə hər şey xoşbəxt sonluqla tamamlanmalı idi. Çünki sovet cəmiyyətində hadisələr başqa cür tamamlana bilməzdi. Əks halda, o yazıçı, ya da o şair sosialist realizminə uyğun olmayan kitab yazdığına görə tənqid atəşinə tutular, hətta mükafat üzünə də həsrət qalardı.
Sovet cəmiyyətini, orada yaşayan insanların həyat səviyyəsini mədh edərək, göylərə qaldırmaq hər şairin, hər yazıçının qarşısına qoyulmuş ən böyük ideoloji vəzifə idi və bu vəzifəyə sədaqətlə xidmət edənlərə fəxri adlar, evlər, mükafatlar verilir, yazdıqları əsərlər yüksək tirajlarla çap olunaraq hər yerdə təbliğ edilirdi. Çünki o vaxt ədəbiyyat dövlət ideologiyasının xidmətində idi. Ona görə də, bu günün özündə belə kitabxanalarda bu cür kitablara rast gəlmək mümkündür.
Onu demək istəyirik ki, nəyi oxumağı bilmək qədər nəyi oxumamağı bilmək də mühümdür. Bəzən haradasa oxuduğun yanlış, zərərli bir fikir aylar boyu sənin düşüncələrini qarışdırır, yanlış qənaətə gəlməyinə səbəb olur. Ona görə də, zərərli kitablar, yazılar gənclərdən uzaq tutulmalı, onların düşüncələrinin zəhərlənməsinə imkan verilməməlidir.
Oxumaq bizə Quranın ilk əmridir. Allah (c.c.) bizim oxumağımızı, hər şeyi doğru-düzgün anlamağımızı və doğru-düzgün yaşamağımızı istəyir. Elm olan yerdə ədalət olur, ədalət olmayan yerdə cəhalət hökm sürür və hər cür cinayət, haqsızlıq baş alıb gedir.
Oxumağın əsas qayəsi əxlaqı gözəlləşdirmək, xeyirli insan olmaq, xətalardan, günahlardan uzaq durmaq, hər kəsin etibar edə biləcəyi insan səviyyəsinə yüksəlmək olmalıdır.
Heç düşünürsünüzmü, niyə Nizaminin, Mövlananın, Sədinin, Füzulinin, Yunus Əmrənin əsərləri heç vaxt köhnəlmir, dəyərini itirmir? - Səbəbi çox sadədir. Çünki bu əsərlər kimlərisə deyil, həqiqəti tərənnüm edir, yalanları deyil, həqiqəti deyir, doğru yolu göstərir və doğru nəticəyə gəlməkdə insana yardım edir. O müəlliflərin əsərləri kimlər üçünsə nağıl, hekayə təsiri bağışlaya bilər, həqiqətdə isə o əsərlər insanı doğru yola yönəldən mayaklar kimidir. Mövlananın “Məsnəvi”sindən oxuduğun bir hekayə sənə nələr qazandırır, heç bilirsənmi? Doğru düşünmək, həyatı doğru qiymətləndirmək yüksək keyfiyyətdir və mayası həqiqətlə yoğrulmuş bu əsərlər sənə sənin bildiyindən də çox şeylər verir.
Oxuduğunu anlamaq və öz həyatına tətbiq etmək çox ciddi məsələdir. Oxuyub öyrəndiyini həyatına tətbiq etməyənlər, doğrunu bildiyi halda o cür yaşamayanlar Quranda belinə kitab yüklənmiş eşşəyə bənzədilir. Belində daşıdığı elmin eşşəyə bir faydası olmadığı kimi, başda gəzdirilən, amma həyata tətbiq edilməyən elmin də insana xeyri yoxdur. Yunus Əmrə deyir ki, əgər sən özünü tanıya bilmirsənsə, oxumağının da bir mənası yoxdur. Çünki oxumaq insana onun özünü və Yaradanı tanıtmalıdır.
Oxumaq deyəndə bura qədər biz ancaq bədii ədəbiyyatdan danışdıq, əslində, insan qarşısında dayanmış və ucu-bucağı görünməyən kainat kitabını da oxumağa çalışmalıdır. Fizikanı, kimyanı, botanikanı, coğrafiyanı, astronomiyanı, hər hansı təbiət elmini oxumaq kainat kitabını oxumaqdır. Düşünərək, anlayaraq, doğru nəticə çıxararaq oxumaq lazımdır. Əgər oxuduğun kitab səni insanın meymundan əmələ gəldiyinə inandıracaqsa, elə bir növ səni inandığına da bənzədəcək.
Allah Qurani-Kərimdə inəkdən, bal arısından, qarışqadan, müxtəlif heyvanlardan və meyvələrdən bəhs edir və hər dəfə də eyni sualla bizə üz tutur: “Heç düşünmürsünüzmü?”
Göründüyü kimi doğru oxumaq, doğru düşünmək insana həm elm, həm də əxlaq qazandırır. Bəli, elmin insana qazandıracağı ən böyük nemətlərdən biri və bəlkə də, birincisi yüksək əxlaqdır. Bu mənada doğru oxumaq, doğru düşünmək elə ibadət mahiyyətindədir.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) bizi beşikdən qəbir evinə qədər oxumağa təşviq edir, oxumağı, doğru düşünməyi nafilə ibadətdən, bəşərin önünə işıq saçan, qaranlıqları aydınladan, insanı doğru düşüncəyə qovuşduran alimin mürəkkəbini şəhid qanından üstün tutur.
Həzrət Əli (r.a.) buyurur ki, mənə bir hərf öyrədənin qırx il köləsi olaram. Bu fikirlər o qədər möhtəşəm nümunələrdir ki, daha hansısa şərhə ehtiyac qalmır. Oxumaq, öyrənmək insanlıq vəzifəsidir.
Sevimli Peyğəmbərimizdən (s.ə.s.) daha bir nümunə: “Ard-arda iki günü bərabər keçən insan zərərdədir”. Təkcə elə bu cümlə üzərində günlərlə düşünmək olar. Burada bizə verilən mesaj qısaca olaraq budur ki, istər elm, istər insanlıq, istər Allaha yaxınlaşmaq mövzusunda insan hər gün irəliləməli, məsafə qət etməlidir. İrəliləyə bilməyənlər zərərə uğramış olurlar.
İnsan son nəfəsinə qədər çalışmalı, oxuyub öyrənməli, öyrətməli, yaxşılığı paylaşmalı, ətrafına fayda verməli, tənbəllikdən, ətalətdən uzaq durmalı, özünü gərəkli, cəmiyyət qarşısında borclu bilməli, hər zaman yaxşılığa can atmalıdır.
Bəli, nəyi oxumaq, niyə oxumaq və necə oxumaq hər birimiz üçün çox mühüm, həyati məsələdir. Ümid edirik ki, bu yazını da doğru-düzgün oxuyub, xeyirli nəticələr əldə edəcəksiniz. Doğru oxuyan, doğru düşünən hər kəsin üzərinə Allahın salamı olsun!..
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 20 Aprel 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see683

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see312

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see291

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see218

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see216

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar Çıxış yolu nədir?

25 İyul 2026 12:34see212

Dünyanın ən qocaman balinasının yaşı AÇIQLANDI

25 İyul 2026 01:19see198

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see195

Səudiyyə qüvvələri husi hədəflərinə zərbə endirdi

25 İyul 2026 01:50see187

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see183

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see179

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

25 İyul 2026 03:43see179

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see172

Yaponiyada qadınların orta yaş göstəricisinə görə yeni rekord müəyyənləşdi

25 İyul 2026 05:21see165

Neft kəskin ucuzlaşdı

25 İyul 2026 09:40see165

Dırnaqlardakı 5 dəyişiklik bu xəstəliklərin əlamətidir

25 İyul 2026 02:01see162

Nigar Camal “Dream Fest”də diqqət çəkdi VİDEO

25 İyul 2026 01:35see162

Yumurtanın köhnə olduğunu belə bilmək olar

25 İyul 2026 01:19see159

Yayda ən çox edilən səhv Kondisionerin yaratdığı təhlükələr

25 İyul 2026 04:04see158

Bank sistemini bu iki adam idarə edirdi… “Turanbank”la bağlı yeni çağırış

25 İyul 2026 09:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri