Icma.az
close
up
RU
Sən nəyi və niyə oxuyursan?

Sən nəyi və niyə oxuyursan?

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Həqiqətin yolunu tapan insan üçün oxumaq həmişə ehtiyacdır. Sevimli Peyğəmbərimiz (s.ə.s.). “Elm möminin itmiş malıdır, harada görsə, götürsün”, - buyurur. Ancaq oxumaq məsələsi hər kəs üçün çox ciddi bir amildir. Belə ki, hər kəs nəyi oxumağı və niyə oxumağı yaxşı bilməlidir. Çünki hər əməlin altında bir niyyət durur və o niyyət o əməlin dəyəridir.
Oxumaq hər şeydən əvvəl şəxsiyyətin formalaşmasına xidmət etməlidir. İnsan oxuduğunu düşünməli, saf-çürük etməli, oradan götürdüyü ən lazımlı, ən faydalı həqiqətləri həyatına tətbiq etməlidir.
Oxuduğundan istifadə etmək də elə budur. Yoxsa, vaxt keçirmək üçün oxumaq insana xeyir verməz.
İnsanın nə yediyi də, nə oxuduğu da onun xarakterində mühüm rol oynayır. Baxmayaraq ki, insan çox vaxt özü bunun fərqində olmur. Ona görə də, bu məsələdə seçim edərkən ciddi düşünmək lazımdır.
Bəzən də elə olur ki, insan oxumağı gündəlik iş kimi qəbul edir. Yəni, oxuduğunu özünü yetişdirmək üçün yox, başqalarına danışmaq üçün oxuyur. Bu məsələ ilə bağlı bir söhbəti sizinlə bölüşmək istəyirik:
...Bir nəfər oxuduqlarını dostları ilə bölüşməyə başlayır. Bu iş getdikcə o qədər ciddi xarakter alır ki, bu adam bir şey oxuyan kimi ağlına gələn ilk fikir onu dostları ilə bölüşmək olur. Üstəlik, onun bu söhbətləri o qədər rəğbət oyadır ki, “dinləyicilərinin” sayı get-gedə artır. Artıq özü də hiss edir ki, bu söhbətlər onda fərqli xüsusiyyətlər meydana gətirir. Dinləyicilərinin gözündəki heyranlıq dolu baxışlara tamaşa etmək onun çox xoşuna gəlir. Ancaq bütün bunlarla yanaşı, onu da hiss edir ki, oxuduqları ona əvvəlki kimi təsir etmir. Yəni, oxuyanda heyrətlənmir və ya oxuyanda öyrənmir. Üstəlik, oxuduqları danışana qədər yadında qalır, danışandan sonra hər şey silinib gedir.
Ancaq bir gün o, dostları ilə söhbətdən imtina etmək qərarına gəlir. Səbəbini də belə izah edir ki, o söhbətə başlayandan özünü adi bir radio kimi hiss edir və oxuduqlarından əvvəlki kimi istifadə edə bilmir. Dostları onu fikrindən daşındırmaq istəsə də, o, qərarından dönmür və bu söhbətə son verir.
Bu söhbət, əslində, çox mühüm bir həqiqətə işarədir. Belə ki, insan hər şeydən əvvəl oxuduğunu həyatına tətbiq etməli, doğruluğuna əmin olduqdan sonra başqaları ilə bölüşməlidir.
Yeri gəlmişkən, onu da deyək ki, bildiyini bölüşmək elmin zəkatıdır. Yəni, insan oxuyub öyrəndiyi, həyatına tətbiq etdiyi faydalı bilikləri başqaları ilə bölüşməklə savab qazanır.
Bu məsələdə bir məqamı da unutmaq olmaz: danışmaq üçün deyil, yaşamaq üçün oxumaq lazımdır. Ancaq oxuyub yaşadıqdan sonra təcrübəni bölüşmək isə hər birimizin insanlıq borcudur...
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri