Icma.az
close
up
RU
Mənəviyyat: nəyi, necə unutduq?

Mənəviyyat: nəyi, necə unutduq?

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəmiyyətin formalaşmasında maddi ünsürlər qədər milli-mənəvi dəyərlər də önəmlidir, hətta ikinci birincidən daha vacibdir. Sivilizasiyaları yaradan insanlardır. İnsan həm maddi, həm də mənəvi xüsusiyyətləri olan varlıqdır. Fiziki xüsusiyyətlərlə yanaşı, mənəvi xüsusiyyətlərimiz bizi insan edir. Maddi şeylərə önəm verən və mənəviyyatını unudan bir insanın bu dünyada xoşbəxt bir həyat sürməsi mümkün deyilsə, maddi dəyərlərə önəm verildiyi və mənəviyyatın unudulduğu cəmiyyətlərin sivilizasiyanın yaşaması da eyni dərəcədə mümkün deyil, unudulur.

Bütün dünyada zorakılıq və terror aktlarının, xaosun, qətllərin baş verdiyi dövrdə yaşayırıq. Bu mənzərə dünyada yaşayan bütün insanların həyatına maddi və mənəvi zərər verir. Bütün ölkələrdə pozulmuş cəmiyyətlərin əvvəlki halına qaytarılması üçün proqramlar işlənir, araşdırılmalar aparılır. İndi dünya əmindir ki, problemlərin öhdəsindən gəlməyin yolu milli-mənəvi dəyərləri qorumaqdan keçir. Əslində bu gün bir çox cəmiyyətlər milli-mənəvi dəyərlərinə qayıtmaqla qurtuluşun mümkün olduğunu qəbul edib. Milli-mənəvi dəyərlər bir milləti millət edən ilkin dəyərlərdir. Vətən, bayraq, mədəniyyət, dil, himn və sairə kimi milli dəyərlərimiz, milli adətlərimiz bizi kökümüzdən qopmağa qoymayan elementlərdir.

Həmçinin, din də bizim mənəvi dəyərlərimizi ifadə edir. Din bu gün bütün cəmiyyətlərin əsas ehtiyacıdır. İnsanlar bu qədər mənəvi böhranın içərisində ikən işıq, nicat yolu axtarırlar, mənəvi dəstəyi dindən alırlar. Həqiqi ruhi bilikləri paylayan din vasitəsi ilə insanlar güvən və cəsarət qazanırlar, səbirli və qətiyyətli olmağı öyrənirlər, həyatın çətinliklərinə müqavimət göstərə bilirlər. Din mərhəmət öyrədir, sevgi, hörmət, ədalət aşılayır. Bu hisslərdən uzaq olan insan özünü boşluqda hiss edir. Tarixin heç bir dövründə dindən, mənəviyyatdan uzaqlaşmış cəmiyyətlər uzun müddətli var ola bilməyiblər.

Həqiqi din insanları həyata hazırlayır, bədbəxt hadisələr zamanı, ölümlər və itkilər olanda təsəlli verir. Həqiqi ruhi biliyi öyrənən insan dünyada mövcud olmağın mənasını dərk edir, maddi asılılıqlardan uzaq olur. Onu yoxdan yaradanı tanıyır, sevir. Mənəviyyatı möhkəmlənən insan həyatın təkcə maddi dünyadan ibarət olmadığını bilir və dünyada itirdiyi maddi şeylərə heyifsilənmir.

Təhsilin məqsədlərindən biri də ümumi cəmiyyət tərəfindən qəbul edilmiş dəyərləri gələcək nəsillərə ötürmək, bu dəyərləri mənimsəmələrini təmin etməkdir. Məktəblərdə “mənəvi dəyərlər” təhsili verilməlidir. Milli təhsil sistemində dəyərlərə, adətlərə köklənmiş öyrətmə metoduna üstünlük verilməlidir. Uşaqlara lap körpə yaşdan dəyərin nə olduğunu, milliliyin nə vəd etdiyini, kimliymizin hansı əhəmiyyəti daşıdığını aşılamaq lazımdır. Əks halda yad və təhlükəli təsirlərə məruz qalmağımız qaçılmazdır. Dünyanın sosial-iqtisadi strukturunda baş verən sürətli dəyişikliklər bütün cəmiyyətlərə təsir edir. Millətlərin, xalqların, ölkələrin milli dəyərləri yad təsirdən zərər görə, dəyişə, transformasiyaya uğraya bilər. Biz öz mədəniyyətimizi qorumaqla, dilimizi, dinimizi, adətlərimizi qorumaqla, əslində, kimliyimizi, kökümüzü qoruyuruq.

Əfsuslar olsun ki, indi biz uşaqlarımızı milli düşüncədə, milli ruhda yetişdirə bilmirik. Onların milli kimliyini, vətənpərvərlik ideallarını düşünməyə vaxtı olmur. Fasiləsiz olaraq imtahana hazırlaşan, durmadan oxuyan, işsizlik girdabında boğulan gənclik milli-mənəvi məsələlərə vaxt ayıra bilmir. Biz hər baxımdan savadlı, yenilikçi, ixtiraçı gənclik yetişdirə bilərik, savadlı kadrlarımız ola bilər, amma mənəvi və milli dəyərlərə malik nəsil yetişdirə bilməyimiz sual altındadır. Gənclər, adətən, problemlərdən xəbərdar olur, maraqlanır və araşdırma aparır, yaradıcı olur və təxəyyülünü inkişaf etdirir, həll yolları fikirləşir. Daha kreativdirlər, daha dinamikdirlər. Dayanmırlar, yorulmurlar, daim axtarışdadırlar. Təşəbbüskar, dəyişikliklərə və inkişafa açıq olan, eyni zamanda dəyərlərinə, milli kimliyinə sadiq olan gənclik yetişdirmək bizim dövlətə və cəmiyyətə ən böyük xidmətimiz olar.

Dini, milli-mənəvi dəyərlər bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Xalqımız əsrlər boyu qoruduğu, tarixin bəzi dönəmlərindən talanaraq, məhv edilərək əlindən alınmağa çalışılan adətləri bu günədək gətirib çıxara bilib, bu da milli özünüdərkin formalaşmasına böyük kömək edib. Bu vəziyyəti qoruyub saxlamaqla yanaşı inkişafını da təmin etmək lazımdır. Dəyərlərin gələcək nəsillərə ötürülməsi, gənc nəslin milli, mənəvi tərbiyəsi xalqımızın, dövlətimizin var ola bilməsi üçün şərtdir.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri