Neymar azarkeşlərə cavab verdi
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Santos”un hücumçusu Neymar azarkeşlərin “kral olmaq istəməyən şahzadə” olduğu iddialarına cavab verib.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı futbolçu özü üçün tək bir kral olan kumirinin adını açıqlayıb:
“Kral olmaq istəmədiyim deyil. Amma mənim üçün tək bir kral var, o da Peledir. Karyeram boyu mənə baha başa gələn çoxsaylı zədələrim olub. Ona görə də Allah bunun belə olmasını istədi. Kədərlənməyim üçün heç bir səbəb yoxdur. Hekayəmdən və həyatımdan razıyam. Demək olar ki, hər şeyə nail oldum”.
Xatırladaq ki, Neymar bu qış “Santos”a qayıdıb. Futbolçunun müqaviləsi qısamüddətlidir, 2025-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Baxış sayı:124
Bu xəbər 26 Fevral 2025 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















