Neymar istədi, Koutinyo “Santos”a keçir
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Braziliyanın “Santos” futbol komandası Filippe Koutinyonun transferini tamamlamağa yaxındır.
İdman.Biz xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin bu gün tibbi müayinədən keçməsi və klubla üç aylıq müqavilə imzalaması gözlənilir.
Məlumata görə, transfer birbaşa Neymarın istəyi ilə gündəmə gəlib. Braziliyalı ulduz həftənin əvvəlində Koutinyonu “arzuladığı transfer” adlandırıb. Neymarın şirkətinin də “Santos”un yeni futbolçuları qeydiyyatdan keçirməsinə mane olan qadağanın aradan qaldırılmasında mühüm rol oynadığı bildirilir.
Koutinyo fevraldan rəsmi oyuna çıxmır. Onun son qarşılaşması 14 fevralda “Vasko da Qama”nın heyətində “Volta Redonda”ya qarşı olub. Futbolçu bundan bir həftə sonra psixoloji sağlamlığına diqqət ayırmaq üçün klubla müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
Qeyd edək ki, “Santos” daha əvvəl Artur Melo, Rodinei, Lima və Everton Sebolinyanı da heyətinə qatıb.
Baxış sayı:111
Bu xəbər 11 Sentyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















