Icma.az
close
up
RU
Neyrologiyada irəliləyiş: Beyin naviqasiya sistemi necə işləyir?

Neyrologiyada irəliləyiş: Beyin naviqasiya sistemi necə işləyir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

İnsanlara məkanda orientasiya etməyə kömək edən beyin oxşar şəkildə düşüncə və biliklərin təşkilində də "naviqasiya sistemi” kimi fəaliyyət göstərir. Leypsiqdə yerləşən Maks Plank Beyin və Koqnitiv Elmlər İnstitutunun professoru Kristian Döller virtual mühitdə aparılan tapşırıqlar zamanı iştirakçıların beynini skan edərək təcrübələr aparıb. Bu tapşırıqlar kompüter oyununa bənzəyib – məsələn, iştirakçılar virtual şəhərdə taksi idarə edərək sərnişinləri bir nöqtədən digərinə daşıyıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews” yazır.

Tədqiqatçılar iştirakçılar virtual şəhərdə hərəkət edərkən beynin aktivliyini ölçərək məlumatın necə kodlaşdırıldığını və qərarların necə qəbul edildiyini anlamağa çalışıblar. Araşdırmalar göstərib ki, məkan orientasiyası üçün istifadə olunan eyni beyin mexanizmləri yaddaş və biliklərin təşkilində də iştirak edir. Döllerin sözlərinə görə, insanlar gündəlik həyatda belə məlumatı strukturlaşdırmaq üçün tez-tez məkan strategiyalarından istifadə edirlər. Məsələn, sənədlər və qeydlər ideyalar və konsepsiyalar arasındakı əlaqələri göstərmək üçün "virtual məkan”da yerləşdirilir.

Nəşr qeyd edir ki, bu yanaşma sosioloq Niklas Lumanın sistemini xatırladır. O, minlərlə qeydini indeksləşdirərək strukturlaşdırılmış qeyd sistemi yaradıb və bunun insan beyninin işləmə prinsipinə uyğun olduğunu hesab edib. Döllerin sözlərinə görə, insanlar məlumatı yadda saxlamaq və ya nizamlamaq üçün məkandan istifadə etdikdə beynin naviqasiya sistemi aktivləşir.

Döllerin ən mühüm kəşflərindən biri 2010-cu ildə edilib. O və həmkarları "şəbəkə hüceyrələri” (grid cells) adlanan siqnalları aşkar ediblər. Bu neyron hüceyrələri məkan orientasiyasında iştirak edir. Əvvəllər onlar yalnız gəmiricilərdə müşahidə olunmuşdu, lakin "Nature” jurnalında dərc edilən araşdırma insanların da ətraf mühitdə mövqe və istiqaməti müəyyən etmək üçün oxşar mexanizmdən istifadə etdiyini göstərib.

Eksperimentlər göstərib ki, bu hüceyrələrin aktivliyini iştirakçılar virtual mühitdə olduqda funksional maqnit-rezonans tomoqrafiyası vasitəsilə aşkar etmək mümkündür.

Professor Döller və komandası hazırda beynin naviqasiya sisteminin koqnitiv proseslərdə daha geniş rol oynayıb-oynamadığını araşdırır. Qərarvermə, hərəkətlərin idarə olunması və yeni biliklərin mənimsənilməsi kimi amillər təhlil edilir. Əhəmiyyətli istiqamətlərdən biri də beynin sosial qarşılıqlı əlaqələri necə emal etdiyini öyrənməkdir. Bu eksperimentlərdə iki iştirakçı eyni vaxtda koqnitiv tapşırığı yerinə yetirir və hər biri ayrı-ayrı beyin skanerində müşahidə olunur. Bu sistemlərin sinxronlaşdırılması və eyni vaxtda beyin aktivliyinin təhlili ciddi texniki çətinlik yaradır. Bununla belə, bu yanaşma insanların necə öyrəndiyini və əməkdaşlıq etdiyini daha yaxşı anlamağa imkan verə bilər.

Beynin işləmə mexanizmlərinin anlaşılmasına verdiyi töhfəyə görə Kristian Döller Qotfrid Vilhelm Leybnits mükafatına layiq görülüb. Bu, Almaniyanın ən nüfuzlu elmi mükafatlarından biridir. Dəyəri 2,5 milyon avro olan mükafat tədqiqatçıya mövcud layihələri genişləndirməyə və daha mürəkkəb araşdırmalar aparmağa imkan verəcək.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Mart 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri