Icma.az
close
up
RU
Süni intellektə sahib olan ilk beyin necə işləyir?

Süni intellektə sahib olan ilk beyin necə işləyir?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stenford Universitetinin elmi əməkdaşları, neyron siqnalları - yəni insan düşüncələrini - dekodlaşdırmağa imkan verən qabaqcıl beyin implantı hazırlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, yaxın gələcəkdə nitq pozuntusu olan insanların problemlərini aradan qaldıra bilər. Təcrübə iştirakçılarının razılığı ilə beyinlərinin müəyyən hissələrinə xüsusi elektron matrislər yerləşdirilib. Bu matrislər beynin fəaliyyətini real vaxt rejimində qeydə alıb. Daha sonra əldə olunan məlumatlar əvvəlcədən təlim keçmiş xüsusi süni intellekt modellərinə ötürülüb. Bu modellər neyron siqnalları ilə işləməyi bacarır və onları uğurla dekodlaşdırırdı. Proses həmin strukturların şifrəsini açmaq və onları bizə tanış nitq vahidlərinə çevirməkdən ibarət olub, sonda isə bu vahidlər cümlələrə çevrilib.

Universitetin mütəxəssisləri həmçinin bu nailiyyətdə süni intellektin rolunu və niyə məhz onun vacib olduğunu izah ediblər. İzahatlara görə, xüsusi təlim keçmiş neyron şəbəkə modeli məhz beyin siqnallarını düzgün şəkildə “hərflərə”, sonra “sözlərə” və nəhayət, “cümlələrə” çevirərək şifrənin açılması dəqiqliyini artırmağı bacarıb. Əlbəttə, alimlərin uğuru tamamilə təsadüfi deyil: çünki Stenford mütəxəssisləri 2017-ci ildən etibarən normal işləyən neyrointerfeys modelinin yaradılması üzərində çalışıblar. 8 il əvvəl insan beyninə qoşulmuş implantlardan istifadə ilə ilk təcrübə aparılıb. Məhz bu cür tədqiqatlar sayəsində iflic olmuş bir kişi ekranda bir sıra sözləri “çıxara” bilib. Bunun üçün onun motor korteksinə hər birində 100 ayrı elektrod olan 2 implant yerləşdirilib.

Birlikdə bu iki modul eyni anda 200 neyronun işlənməsini təmin edib. Təcrübənin müsbət nəticə verməsi üçün kişidən, sanki hər bir hərfi əlilə hansısa səthin üzərinə yazırmış kimi, beynində hərəkəti təsəvvür etməsi tələb olunub. Nəticədə nəzərdə tutulan bütün proses uğurla həyata keçirilib və alimlər ekranda həmin şəxsin düşündüyü mətni görüblər. İlk nəticə əldə edildikdən sonra alimlər işi daha da irəlilədərək ötən il beyin implantının təkmilləşdirilmiş versiyasını hazırladılar. Bu versiya düşüncələri oxuna bilən sözlərə çevirməyə və dekodlaşdırma dəqiqliyini 90%-ə çatdırmağa imkan verdi. Nəticədə ötürülən sözlərin sayı dəqiqədə 62 dil vahidinə qədər yüksəldi ki, bu da adi insan danışıq sürətinə bərabərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Avqust 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri