Icma.az
close
up
RU
Nəzarətiz kanallar ölüm yuvasına çevrilib: “GETMƏYİN”

Nəzarətiz kanallar ölüm yuvasına çevrilib: “GETMƏYİN”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son günlər su kanallarında baş verən boğulma hadisələrinin sayı ciddi şəkildə artıb. 

“Qazaxda ata və oğul göl suyunda boğulma təhlükəsiylə üzləşdi”, “Şəmkirdə üç uşaq süni göldə boğuldu” , “Ağdaşda 17 yaşlı alpaqut çempionu kanalda boğuldu” kimi xəbərlərin sayı durmadan çoxalır.

Yay aylarında sərinlik axtaran insanlar, xüsusilə də uşaqlar və gənclər nəzarətsiz və təhlükəli su kanallarına üz tuturlar.Lakin sərinlik axtarışı çox vaxt həyat bahasına başa gəlir.

Kanallarda boğulma riski niyə bu qədər yüksəkdir?

“Cebheinfo.az”– a mövzu ilə bağlı açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yalnız nəzarət olunan və təsdiqlənmiş çimərliklərə getmək lazımdır:

“Ümumiyyətlə kanallara, göllərə, su anbarlarına, çimmək üçün nəzərdə tutulmayan yerlərə getmək qadağandır. Müvafiq qurumlar tərəfindən hansı çimərliklərin fəaliyyətinə icazə verilibsə, həmin çimərliklərə getmək lazımdır. 

Təbii ki, bu, təhlükəsizlik baxımından da doğru addımdır və müvafiq qurumlar tərəfindən də bu qaydalar tövsiyə olunur. Bu, həm Azərbaycanda, həm də dünyada birmənalı qaydalardan biridir. 

Dünyada suda boğulma hallarının statistikasına nəzər yetirsək , görərik ki, 98 % boğulma halları nəzarətsiz ərazilərdə qeydə alınıb. Buna görə də təhlükəli, nəzərdə tutulmayan yerlərdə çimmək olmaz. Valideynlər də bu məsələdə diqqətli olmalı, vəziyyəti uşaqlara düzgün şəkildə aşılamağı bacarmalıdır”. 

O xatırladıb ki, nəzarət olunan çimərliklərdə xilasetmə xidmətləri mövcudur və hər il çimərlik mövümü başlamazdan əvvəl müvafiq qrumlar tərəfindən həmin su hövzələrinə baxış keçirilir: 

“Suyun kimyəvi, fiziki xassələri, sanitar normaları, sualtı relyef, suyun dibinin akvatoriası, yarğanların olub-olmaması, həmçinin insanların həyat və sağlamlığı üçün təhlükə riskləri araşdırılıb öyrənilir. Əgər hər hansı risk aşkar edilərsə, həmin çimərliklər qadağan olunur”. 

Ekspert qeyd edib ki, çimmək üçün nəzərdə tutulmayan ərazilərdə bir çox təhlükəli vəziyyətlə qarşılaşmaq mümkündü:

“Təhlükəsizlik tədbirləri də onun göstərir ki, fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazıdır. İnsanlar da çimərliklərə üz tutarkən, bu amillərə diqqət etməlidir. Çimmək üçün nəzərdə tutulmayan kanallarda, göllərdə su hövzələrində bilmək olmaz ki, suyun dibində hansı gözlənilməz, təhlükəli vəziyyətlərlə qarşılaşmaq ehtimalı ola bilər. 

Belə ərazilərdə sualtı axınlar, suyun dibində daş –qaya parçaları, yaxud lil, çökmə ola bilər. Həmçinin, suyun dibində hər hansı şüşə parçası ola bilər ki, bu da insana xəsarət yetirər. 

Bu kimi təhlükələrlə nəzarətsiz çimərliklərdə rastlaşa bilərik. Nəzarətsiz çimərliklərə getməmək lazımdır, ola bilər kimsə illərlə belə ərazilərə gedib heç bir hadisə baş verməyib, amma bu, demək deyil həmişə belə olacaq”.

Gülər
“Cebheinfo”

Açar sözlər: Kanal boğulma Elmar Nurəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri