Icma.az
close
up
RU
Nəzarətli oyun, sərt lisenziya: Azərbaycan öz modelini yaradır

Nəzarətli oyun, sərt lisenziya: Azərbaycan öz modelini yaradır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyəti Dövlət Turizm Agentliyinə həvalə olundu. Bu qərar oyun biznesinin tənzimlənməsi ilə yanaşı turizm strategiyasının yeni mərhələyə keçidi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir.

Kazino - inkişaf etmiş turizmin komponenti, yoxsa iqtisadi təməl?

Əvvəlcə qeyd edilməlidir ki, doqquz normativ-hüquqi akta edilən dəyişikliklər Azərbaycanın "kazino iqtisadiyyatı" və ya genişmiqyaslı oyun sənayesinə keçidi kimi dəyərləndirilə bilməz. Dövlətin bu sahəyə münasibəti açıq və prinsipialdır: oyun biznesi ölkədə qeyri-neft iqtisadiyyatının aparıcı sütunu deyil, sadəcə "premium" və "elit" turizmin əlavə komponenti kimi nəzərdə tutulur. Bu sahəyə yanaşma tənzimləyici və məhdudlaşdırıcıdır, liberal deyil.

Əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu fəaliyyət yalnız süni şəkildə yaradılmış torpaq sahələrində və əsasən xarici turistlər üçün nəzərdə tutulmuş məhdud formatda həyata keçiriləcək. Bu isə həm coğrafi, həm də demoqrafik məhdudiyyətlərin tətbiqi deməkdir.

Hazırkı qanunvericilik dəyişiklikləri bu sahədə ciddi nəzarət və tənzimləmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Məsələn, 21 yaşa qədər şəxslərin pul uduşlu oyunlara buraxılması qadağandır. Bu mühafizəkar və ehtiyatlı yanaşma, eyni zamanda həssas sosial qrupların qorunmasına xidmət edir.

Dəyişikliklərin ən mühüm elementlərindən biri - kazino fəaliyyətinin yalnız süni torpaq sahələrində təşkilinə icazə verilməsidir. Bu, istər sahənin coğrafi izolyasiyasını təmin edir, istərsə də onun nəzarətdə saxlanmasını asanlaşdırır. Quru (materik) ərazidə kazino fəaliyyətinə icazə verilmir və bu, hələ də qüvvədə olan 27 yanvar 1998-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" Prezident sərəncamına əsaslanır. Sərəncamda ölkə ərazisində pul uduşlu oyunlara qarşı sərt tədbirlərin görülməsi tapşırılır.

Bu səbəbdən, qəbul edilən dəyişikliklər heç bir halda ənənəvi və ya virtual qeyri-qanuni kazinoların leqallaşdırılması demək deyil. Əksinə, bu addımlar həmin qanunsuz fəaliyyətlərə qarşı mübarizəni daha da sərtləşdirmək məqsədi daşıyır.

Eyni zamanda, kazino fəaliyyəti ciddi lisenziyalaşma rejimi altında təşkil ediləcək. Bu məqsədlə yüksək məbləğdə - hər il təkrar ödənilməklə 340 min manat - dövlət rüsumu müəyyən edilib. Bu məbləğ digər icazə tələb olunan fəaliyyət sahələri ilə müqayisədə rekord göstəricidir və dövlətin bu sektora məhdudlaşdırıcı münasibətinin daha bir göstəricisidir.

Qeyd edilməlidir ki, qeyri-leqal oyun fəaliyyəti çox zaman sosial-hüquqi problemlərə yol açır. Lakin lisenziyalaşdırılmış, nəzarət olunan məkanlarda təşkil ediləcək kazino fəaliyyəti şəffaflıq və hüquqi tənzimləmə vasitəsilə risklərin idarə olunmasına, sosial təsirlərin minimuma endirilməsinə və dövlət nəzarətinin effektivliyinin artırılmasına xidmət edəcək.

Beynəlxalq təcrübə

Qumar sektorunun leqallaşdırılması və effektiv tənzimlənməsi bir sıra ölkələrdə özünü doğrultmuş uğurlu iqtisadi model kimi çıxış edir. Məsələn, 700 min nəfər əhalisi olan Makaoda (Çin) 2024-cü ildə yalnız kazino sektorundan əldə edilən gəlir 28,3 milyard ABŞ dolları təşkil edib. Bu göstərici xüsusi inzibati bölgənin ÜDM-nin təxminən 40 %-nə, dövlət büdcəsinin isə 50 %-nə bərabərdir.

Oxşar uğur nümunələri Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində də müşahidə olunur. Bu ölkələrdə yüksək turizm gəlirləri və inkişaf etmiş lüks infrastrukturun formalaşması məhz oyun turizmi hesabına mümkün olub.

Regionda isə Bakıdan cəmi 1000 km məsafədə yerləşən Batumi oyun turizminin əsas mərkəzlərindən birinə çevrilib. Bu şəhər qonşu ölkələrdən turist axınının cəlb olunmasında və yerli iqtisadiyyatın canlandırılmasında mühüm rol oynayır.

Azərbaycan isə bu beynəlxalq təcrübəni öz milli maraqlarına uyğun şəkildə lokallaşdıraraq iqtisadi faydaları maksimuma çatdırmaq niyyətindədir. Əsas məqsəd qeyri-leqal oyun fəaliyyətlərinin qarşısını almaq, şəffaf və nəzarət olunan mühit yaratmaq və yeni büdcə gəlirləri formalaşdırmaqdır. Bununla da ölkəmiz regionda yeni bir turizm və biznes mərkəzinə çevrilə, qonşu ölkələrdən turist axınını stimullaşdıra bilər.

İqtisadi multiplikator təsiri

Kazinoların fəaliyyəti təkcə oyun sahəsi ilə məhdudlaşmır - bu sektor ətraf infrastrukturda da iqtisadi canlanma yaradır. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında yerləşəcək süni torpaq sahələrində tikiləcək otellər, restoranlar, əyləncə mərkəzləri, nəqliyyat və tikinti obyektləri minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. Bu isə əmək bazarına və xidmət sektoruna müsbət təsir göstərəcək.

Dövlət nəzarəti altında fəaliyyət göstərən kazino sektoru illik yüz milyonlarla manat vergi və lisenziya ödənişləri ilə büdcəyə əhəmiyyətli töhfə verə bilər. Lisenziyalaşma mexanizmi vasitəsilə bu sahədə şəffaflıq və məsuliyyət təmin olunur.

Qanunvericiliyə əsasən, kazino təşkilatçıları hüquqi şəxs qismində mənfəət vergisinə cəlb olunacaqlar. Hazırda Vergi Məcəlləsinə uyğun olaraq, mənfəət vergisi 20 %, fiziki şəxslərin gəlir vergisi isə 14 % təşkil edir. Lakin ekspertlər hesab edirlər ki, bu gəlirlər klassik əmək fəaliyyətindən fərqli olaraq riskə əsaslanan qazanc formasıdır və bu səbəbdən onlara daha yüksək - 30-40 % arası diferensial vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu yanaşma həm də sosial ədalət prinsipinə uyğun olaraq yüksək gəlirli şəxslərin dövlət büdcəsinə daha böyük töhfə verməsini təmin edə bilər.

Məsələn, diferensial vergi sistemində 1 000 manata qədər olan uduşlara 15 %, daha yüksək məbləğlərə isə mütərəqqi şəkildə 25-30 % və daha artıq vergi dərəcələrinin tətbiqi mümkündür. Bu yanaşma həm sosial ədalət prinsipinə uyğundur, həm də yüksək gəlirli oyunçuların dövlət büdcəsinə daha çox töhfə verməsini təmin edə bilər.

Qeyd edilməlidir ki, bu, hələlik ekspertlərin təklifi səviyyəsindədir. Kazino fəaliyyətindən əldə edilən gəlirlərin vergiyə cəlb olunması ilə bağlı dəqiq mexanizmlər Vergi Məcəlləsinə 2025-cü ilin sonunadək ediləcək dəyişikliklərdə əksini tapacaq. Beləliklə, oyun sektorunun fiskal potensialı qanunvericilik səviyyəsində tənzimlənəcək və büdcəyə dayanıqlı gəlir mənbəyi formalaşdırılacaq.

Qeyd edilməlidir ki, bu sahənin müəyyən dolayı iqtisadi təsirləri gözlənilsə də, o nə ölkədə sahibkarlığın əsas dayağı, nə də qeyri-neft sektorunun təməl istiqaməti kimi nəzərdə tutulur. Dövlətin və cəmiyyətin iqtisadi inkişaf baxışlarında oyun biznesi əsas rol oynamır. Bu, sadəcə lisenziyalaşdırılmış və icazə tələb olunan 160-a yaxın sahibkarlıq fəaliyyətindən biridir.

2024-cü ilin nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur ki, onların 76 mini hüquqi şəxs statusuna malikdir. Ölkədə sənayeləşmə, aqrar sektorun inkişafı, rəqabətqabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin təşviqi, ixrac və tranzit potensialının genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetləridir.

Bu məqsədlə sənaye parkları, texnoparklar, aqroparklar yaradılır, regionlarda biznes mühiti təkmilləşdirilir. Azərbaycanın sosial-iqtisadi inkişaf modeli ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.

Beləliklə, ölkənin iqtisadi inkişaf strategiyasına uyğun olaraq yeni və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, turizmin stimullaşdırılması və xarici investisiyalar üçün cəlbedici mühitin yaradılması məqsədilə Xəzər dənizinin Azərbaycan sektorunda süni torpaq sahələrinin yaradılması və həmin ərazilərdə ciddi nəzarət altında lisenziyalı kazino fəaliyyətinin təşkili günün iqtisadi və institusional tələbinə çevrilmişdir.

Ümumdünya turizm sektoru və Azərbaycanın yeri

Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına əsasən, 2024-cü ildə qlobal turizm bazarının həcmi 8,5 %-dən çox artaraq 10,9 trilyon ABŞ dollarına çatıb. Bu rəqəm dünya iqtisadiyyatının 10 %-nə bərabərdir. Turizm sektorunda çalışan insanların sayı isə 357 milyona yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 6,2 % artım deməkdir. Beləliklə, dünya üzrə hər onuncu iş yeri məhz bu sahə ilə bağlıdır.

WTTC-nin proqnozlarına görə, 2025-ci ildə turizm sektorunun həcmi 11,7 trilyon ABŞ dollarına (qlobal ÜDM-in 10,3 %-i) çatacaq, məşğulluq isə 14 milyon nəfər artaraq 371 milyona yüksələcək. Bu rəqəm ABŞ əhalisinin ümumi sayını üstələyir. Uzunmüddətli baxışda - 2035-ci ilə qədər bu göstərici 16,5 trilyon dollara çata bilər.

Belə bir sürətli böyümə Azərbaycan üçün də yeni imkanlar yaradır. Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2,63 milyon nəfərə çatıb. Bu, əvvəlki illə müqayisədə 26 %-lik artım deməkdir. Yalnız 2025-cü ilin ilk yarısında ölkəmizə 178 ölkədən 1 milyon 217,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu dinamika Azərbaycanın beynəlxalq turizm bazarında getdikcə daha cəlbedici məkan olduğunu göstərir.

Kazino sektorunun leqallaşdırılması Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması məqsədilə atılmış strateji addımdır. Lakin bu proses yalnız güclü dövlət nəzarəti, şəffaf hüquqi mexanizmlər və ictimai maraqların qorunması kontekstində həyata keçirilməlidir.

Mühafizəkar və mərhələli yanaşma bu sahədə riskləri minimallaşdırmaqla bərabər, turizm axınının artımına, iqtisadiyyatın şaxələndirilməsinə və sosial rifahın gücləndirilməsinə də töhfə verə bilər. Bu modelin tətbiqi ilə Azərbaycan həm turizm məkanı, həm də regional biznes mərkəzi kimi öz mövqeyini daha da gücləndirə bilər.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyul 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see179

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see124

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see123

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see120

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see120

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see119

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see119

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see119

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see118

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see118

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see117

Orxan Sübhan: Qarabağ Boltsuz da, Yankoviçsiz də Şelburn u məğlub etmək gücündədir

29 İyul 2025 14:36see116

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

28 İyul 2025 15:43see114

Azərbaycanın Avropa İttifaqı bazarında mövqeyi möhkəmlənir

29 İyul 2025 09:10see114

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see113

Suma: “Karyeramda böyük addım atdım”

28 İyul 2025 14:28see113

İranı yenidən vuracağıq Tramp

28 İyul 2025 17:50see113

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see112

Ailə üçün 10 ən yaxşı avtomobil Seçim edərkən nələrə diqqət edilməlidir?

29 İyul 2025 04:05see112

Tom Kruzun yeni sevgilisi tənqidə tuş gəlib

29 İyul 2025 08:29see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri