Niderland hərbi xidmətə çağırışı mərhələli şəkildə bərpa edəcək
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Niderlandın Müdafiə Nazirliyi beynəlxalq vəziyyət pisləşəcəyi təqdirdə orduya məcburi çağırışın tədricən bərpası imkanını nəzərdə tutan qanun layihəsi hazırlayır.
Moderator.az xəbər verir ki, bu barədə qurumun dövlət katibi Derk Bosveyk NRC qəzetinə müsahibəsində bildirib.
"Təhlükə artarsa, məcburi çağırışı mərhələli şəkildə bərpa etmək imkanımız olmalıdır", - o deyib.
Onun sözlərinə görə, əvvəlcə gənclər xüsusi anketləri doldurmağa, daha sonra isə tanışlıq müsahibələrindən və tibbi komissiyalardan keçməyə məcbur edilə bilərlər. Sonuncu mərhələ həqiqi hərbi xidmətə çağırış olacaq. Ölkədə hərbi vəzifə həm kişilərə, həm də qadınlara şamil edilir, lakin faktiki çağırış hazırda dayandırılıb.
Böhran və ya silahlı münaqişə halında krallıq hakimiyyəti hərbi qulluqçuların, ehtiyatda olanların və Müdafiə Nazirliyinin mülki heyətinin sayını 200 min nəfərə çatdırmaq imkanı əldə etmək niyyətindədir. Hələlik isə üstünlük könüllü cəlbetməyə verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 11 Noyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















