Niderland klubuna keçən millimizin üzvü: Erediviziyadakı debütümü səbirsizliklə gözləyirəm
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan milli komandasının vingeri Ozancan Kökçü yeni klubu olan Niderlandın "Volendam" klubunda ilk məşqinə çıxıb.
Sportal.az "NH Nieuws" portalına istinadən xəbər verir ki, ötən mövsümü Finlandiyanın “Helsinki” klubunda keçirən 26 yaşlı futbolçu Erediviziyada debüt edəcəyi Niderland çempionatına qayıdışı ilə bağlı fikirlərini bildirib:
"Ötən mövsüm mənim üçün tutqun və soyuq keçdi. Konfrans Liqası matçlarında oynasam da, əyləncəni əldən verdim. Erediviziyadakı debütümü səbirsizliklə gözləyirəm. Yüksək liqada oynamaqla bağlı istəyim var idi. Amma futbolda hər şey fərqli işləyir".
Xatırladaq ki, millimizin cinah oyunçusu karyerası ərzində Niderlandın birinci liqasında yarışan "Eyndhoven” və “Telstar” klublarında oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















