Icma.az
close
up
RU
Niderland krallığı keçmişdəki qəddar koloniya siyasətindən bu gün də faydalanır

Niderland krallığı keçmişdəki qəddar koloniya siyasətindən bu gün də faydalanır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 noyabr, Rabil Kətanov, AZƏRTAC

Niderlandın Baş naziri Mark Rutte 2022-ci ildə Haaqa şəhərində Milli Arxiv İdarəsində keçirilən tədbirdə jurnalistlərin qarşısına çıxaraq vaxtı ilə ölkəsinin koloniyası olan xalqlardan quldarlıq siyasətə görə üzr istəyən ilk Avropa siyasətçisi oldu.

“Quldarlığın acı nəticələrini biz öz üzərimizdə hiss etməmişik. Müasir dövrdə bizim heç bir günahımız yoxdur. Mən elə düşünürdüm ki, quldarlıqda Niderlandın rolu artıq uzaq keçmişdə qalıb. Lakin mən yanlış fikirdə olmuşam”, - deyə Mark Rutte vurğulayıb.

Yəqin yanlış fikirdə olan Baş nazir Niderlandın nəyin və kimlərin hesabına varlandığını gec də olsa başa düşüb ki, bu da rusların atalar sözündə deyildiyi kimi - “gec olmağı, heç olmamağından yaxşıdır”.

Niderland Krallığının kolonial siyasəti digər Avropa ölkələrindən onunla fərqlənirdi ki, onlar qul alverinə daha çox üstünlük verirdilər. Amsterdamdan çıxan ticarət gəmiləri Afrika sahillərinə gəlib burada qaradərili insanları tutub Latin Amerikası və Karib dənizi adalarındakı qul bazarlarında satırdılar. Fransanın tanınmış dəniz tarixçisi Şarl de La Ransuer “Avropa: Feodalizmdən Renessansa” kitabında qeyd edirdi ki, hollandlar XVIII əsrdə təkcə Afrikadan 15 milyon insanı zorla tutub qula çevirərək Latın Amerikasında satıblar. Qulların daşınması xüsusilə ağır proses idi. Ticarət gəmiləri - əslində isə qul alveri ilə məşğul olan tacirlər və onların silahlı quldur dəstələri aylarla dənizdə üzürdülər. Dənizçilər əsasən cinayətkar və avantüristlərdən ibarət olurdu. Onlar yol boyu qul qadınları, uşaqları zorlayır və amansız işgəncələrə məruz qoyurdular. Su və yemək çatmadığı üçün “canlı yükün” 25-30 faizi yolda həlak olurdu.

Kral 5-ci Karl Lorenço Quvenot adlı sahibkara qul alveri üzərində monopoliya qurmaq və ildə 4-5 min qul satmaq icazəsi verir. Lakin acgöz sahibkar qaçaqmalçılıq yolu ilə hər dəfə gəmiyə 1000 nərəfə yaxın qul “yükləyir”. Amerikanın ərazi sularına daxil olanda gəmiyə yaxınlaşan mühafizəçilər artıq yükü görməsin deyə 100-150 qulu açıq dənizə atırdılar. Sənədlərdə qullar “Hindistan əşyası” adı ilə qeyd olunurdu. İkiuşaqlı qadınlar da “1 Hindistan əşyası” sayılırdı. Bu işləri əsasən dövlətin iştirakı və dəstəyilə yaradılmış Niderlandın “Vest-Hindistan” şirkəti həyata keçirirdi. Şirkətə rəhbərlik edənlərin qulları işə məcbur etmək üçün metodları isə bir qulu digər qulların gözü qarşısında ölənə kimi qamçı ilə döyməkdən ibarət idi.

Mənbələrdə qeyd olunur ki, həmin dövrdə Niderlandın ümumi daxili məhsul istehsalının 10 faizi qul ticarətinin payına düşürdü. İndoneziyanı işğal edəndə hollandiyalılar burada 300 min adamı qətlə yetirmiş, təxminən bir o qədrini də qula çevirib satmışdılar. Oxşar proseslər Surinam, Seylon, Şimali Amerikada, Hindistanda, Yava adasında da baş vermişdi. Niderland 1609-cu ildə Malay arxepilaqını, Yava və Madur adalarını işğal edərək buradan kakao, şəkər çuğunduru, pambıq idxal etməyə başladı. Yerli əhalinin azlığı səbəbindən plantasiyalarda Afrikadan gətirilən qullar işlədilirdi.

XVII əsrin 60-70 ci illərində İngiltərə ilə müharibədən sonra Niderland Şimali Amerikadakı koloniyalarını güzəştə getmək məcburiyyətində qaldı. Lakin sonralar Antil adaları-Aruba, Sint-Marten, Bonuyera, Saba və Sunt-Estatisi ələ keçirdi.

Hollandların qullarla rəftarı o qədər qəddar və insanlıqdan kənar idi ki, Avropanın humanist düşüncəli ziyalıları buna bigəna qala bilməyiblər. Tanınmış ingilis yazıçısı Afra Ben, görkəmli fransız yazıçısı Fransua-Mari Volter, Con Qabriel Stedman və başqaları real həyat hekayələrinə əsaslanan romanlar yazıblar.

F.Volter yazırdı: “Əgər şəkər çuğunduru yığan qulun barmağını oraq kəsdisə onda onun əlini də kəsirdilər. Əgər qul qaçmaq istəyirdisə onda onun ayağını kəsirdilər ki, biz Avropada şəkər tozundan istifadə edib ağzımızı şirin edək. Bu bizim şəkər tozu ilə təmin olunmağımızın qiymətidir”.

C.Q. Stedman gənc yaşlarında polkovnik Lui Furjonun dəstəsinə qoşularaq Surinamda qulların üsyanını yatırmağa gedir və 5 il xidmətdən sonra kapitan rütbəsilə qayıdaraq “Surinamda zəncilərin üsyanının yatırılması haqqında beş illik hekayə” kitabını yazır. Xarirələri əsasında dərc etdirdiyi kitabında yazır: “Əgər zənci tam taqətdən düşüb daha işləyə bilmirsə onu at və it kimi güllələmirlər, ağaca bağlayıb gündə bir dəfə bir stəkan su verirdilər və qul tədricən ölürdü. Bunu holland sahibkarları humanizm kimi göstərir və deyirdilər ki, qulu heç kim öldümədi o öz əcəli ilə öldü”.

Vilyam Bossman adlı bir sahibkar (qul alverçisi) isə deyirdi: “Sizi başa düşürəm, yəqin siz quldarlığı vəhşilik hesab edirsiz, lakin qullara böyük ehtiyac var və ona görə də qul alverini daha da genişləndirmək lazımdır. Əlbəttə biz qulların bir qədər artıq yaşaması üçün onların qayğısına qalırıq, xüsusi ilə qadınların, axı onlar kişilərdən zəifdir”.

Kitabda qeyd olunub ki, qulun əli plantasiyada işləyənlərə nəzarət edən ağ adama dəydiyinə görə onu qamçı ilə döyüb cəzalandırırdılar.

Arfa Ben afrikalı qəbilə başçısının oğlunun və sevgilisinin qul həyatından roman yazıb.

İkinci Dünya müharibəsindən sonra Niderland koloniyalarında üsyanlar baş qaldırır və dünya ictimaiyyəti koloniyalarda baş verən vəhşilikdən xəbər tutur. Müharibədən sonra İndoneziya, 1975-ci ildə isə Surinam müsəqillik əldə edirlər. Antil adaları bu gün də Niderlandın koloniyası olaraq qalır.

Qərb mətbuatının yazdığına görə Niderland krallığı bu gün də koloniyalardan gəlir əldə edir. Belə ki, Amsterdam şəhərindəki “Riysk” muzeyi ildə 235 milyon avro gəlir əldə edir. Bu muzeydə Afrika və Asiyadan mənimsənilərək gətirilmiş 5000 unikal eksponat var. Minlərlə turist Buddanın qeyri-adi heykəlinə, İndoneziya sultanına məxsus 70 karatlıq çox nadir brilyanta və digər ekspozisiyalara baxmağa gedirlər.

2022-ci ilin yanvarında Niderlandın kralı Vilyem Aleksandr rəsmi qaydada bəyan etdi ki, özü və ailə üzvləri XIX hazırlanmış və ənənəvi olaraq rəsmi mərasimlərdə istifadə etdiyi “Qızıl faytondan” imtina edir. Bunun səbəbi isə faytonun qapılarında “koloniyadan haqq” sözlərinin yazılması və bir neçə qaradərili afrikalı ilə asiyalının ağ dərili qadının qarşısında əyilib ona kakao və şəkər çuğunduru təqdim etməsinin həkk olunması ilə bağlıdır. Qaradərililər koloniyaları, ağ dərili xanım isə rəmzi olaraq Niderlandı təmsil edir.

Bütün bunlarla kral ölkəsi keçmişini unutmağa və unutdurmağa çalışır. Bəs Niderlandın quldarlıq siyasətinin nəticələrini bu gün ağır vəziyyətdə yaşayan Afrika və Asiya xalqları unudacaqmı?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri