Nigar Arpadarai: Bakı İqlim Həftəsi ilk dəfə BMT nin İqlim Həftəsi ilə eyni vaxtda keçirilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2026) bu il ilk dəfə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının 4-cü İqlim Həftəsi (CW4) ilə eyni vaxtda keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai Bakı İqlim Həftəsi 2026-nın açılış mərasimində deyib.
N.Arpadarai bildirib ki, bu il Bakıda diplomatiya və vətəndaş təşəbbüsləri, danışıqlar və innovasiyalar, siyasət və praktiki icra eyni həftə çərçivəsində bir araya gəlir.
“Bu, təsadüf deyil. Bu, Bakının vədinin yerinə yetirilməsidir”, – deyə o vurğulayıb.
BCAW layihəsinin rəhbəri qeyd edib ki, Bakı İqlim Həftəsi dünyanın müxtəlif şəhərlərində keçirilən iqlim həftələri ilə formalaşan qlobal iqlim fəaliyyətinin bir hissəsidir.
O bildirib ki, COP29-un Bakıda keçirilməsi şəhərin qlobal iqlim gündəliyində mövqeyini daha da gücləndirib və bu proses COP29-dan sonra da davam etdirilir.
N.Arpadarai diqqətə çatdırıb ki, Bakı İqlim Həftəsi çərçivəsində keçiriləcək müzakirələrdə əsas diqqət yalnız öhdəliklərə deyil, onların praktiki icrasına yönəldiləcək.
Çıxışda xüsusi olaraq qeyd olunub ki, iqlim fəaliyyəti yalnız COP danışıqları ilə məhdudlaşmır, bütün sektorları əhatə etməlidir. BCAW2026-da moda və idman kimi sahələrin də müzakirəyə çıxarılması bunun göstəricisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 07 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















