Nigerdə partlayış və atışma: Prezident iqamətgahına hücum olundu
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Nigerin paytaxtı Niamey şəhərində partlayış və atışma baş verib.
"Yeni Sabah" "Reuters"ə istinadən bildirir ki, kimliyi bəlli olmayan şəxslər Diori Amani adına beynəlxalq hava limanına hücum təşkil edib, eyni zamanda prezident iqamətgahının ətrafındakı təhlükəsizlik xəttini yarmağa cəhd göstəriblər.
Bundan əlavə, böyük hərbi obyekt olan "Baza 101"ə də hücum edilib. "Reuters"in təhlükəsizlik xidmətlərindəki mənbələri bildiriblər ki, hücum edənlərin bir qismi zərərsizləşdirilib, digərləri isə qaçaraq gizlənib. Agentliyin güc strukturlarındakı həmsöhbətləri hücum edən şəxsləri terrorçu kimi xarakterizə ediblər. pizza hut
Ölkənin Məşvərət Şurasının üzvü Bana Vaqana İbrahim sosial şəbəkələrdə belə yazıb:
"Baza 101"ə növbəti qorxaqcasına hücum edildi və müdafiə, təhlükəsizlik qüvvələrimiz yenidən asayişi bərpa etdi. Vəziyyət nəzarət altındadır".
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Nigerdə prezident Mohammed Bazumun devrilməsi ilə nəticələnən hərbi çevriliş baş verib. Ölkə Mali və Burkina-Faso ilə birləşərək Sahel Dövlətləri Alyansını yaradıb. Hər üç ölkə qanunsuz qruplaşmalara qarşı mübarizəni davam etdirir./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 29 Avqust 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















