Nik Perkins “Sabah”ın “Trabzonspor”a məğlubiyyətinin səbəblərini açıqladı
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Sabah”ın basketbolçusu Nik Perkins FIBA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Türkiyənin “Trabzonspor” klubuna 83:100 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisinin heyətində 25 xalla ən məhsuldar oyunçu olan amerikalı mərkəz basketbolçusu qarşılaşmaya uğursuz başladıqlarını deyib.
“Düşünürəm ki, FIBA Çempionlar Liqasında ilk iki oyun bizim üçün ağır keçdi. Növbəti qarşılaşmada öz meydanımızda “Nanter”ə qarşı daha yaxşı oynamalıyıq. “Trabzonspor” layiqli qələbə qazandı. Matçın ilk yeddi-səkkiz dəqiqəsi bizim üçün olduqca uğursuz alındı. Bundan sonra oyuna qayıtmaq və hesab fərqini azaltmaq xeyli çətinləşdi”, – deyə Perkins bildirib.
Basketbolçu komandasının oyunun gedişini dəyişməyə çalışdığını, lakin rəqibin üstünlüyünü qoruduğunu vurğulayıb.
“İkinci və üçüncü periodların böyük hissəsində təşəbbüsü ələ almağa və meydançadakı vəziyyəti dəyişməyə çalışdıq. Ancaq rəqib artıq yaxşı oyun ritmi tutmuşdu. “Trabzonspor” yüksək hücum potensialına malik, heyətində istedadlı basketbolçuların çıxış etdiyi komandadır”.
Perkins növbəti qarşılaşmaya hazırlıq barədə də danışıb:
“İndi bu məğlubiyyəti arxada qoymalı, səhvlərimizdən nəticə çıxarmalı və iki həftə sonra öz meydanımızda “Nanter”lə keçiriləcək oyuna yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, “Sabah” FIBA Çempionlar Liqasının A qrupunda ardıcıl ikinci məğlubiyyətini alıb. Bakı klubu ilk turda Litvanın “Ritas” komandasına səfərdə 73:82 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 Oktyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















