Nik Perkins: “Səhvlərimizdən nəticə çıxarmalıyıq”
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sabah”ın basketbolçusu Nik Perkins FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “A” qrupunun II turunda “Trabzonspor”a qarşı keçirdikləri oyunu şərh edib.
Apasport.az xəbər verir ki, amerikalı basketbolçu məğlubiyyəti dəyərləndirib və qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb:
“Düşünürəm ki, FIBA Çempionlar Liqasında keçirdiyimiz ilk iki oyun bizim üçün çətin alındı. Növbəti qarşılaşmada, doğma meydanda “Nanterre”yə qarşı daha yaxşı çıxış etməliyik.
“Trabzonspor” layiqli qələbə qazandı. Oyunun ilk 7-8 dəqiqəsi bizim üçün olduqca uğursuz keçdi. Bundan sonra oyuna qayıtmaq və hesab fərqini azaltmaq xeyli çətinləşdi. İkinci və üçüncü periodların böyük hissəsində təşəbbüsü ələ almağa və mübarizədə dönüş yaratmağa çalışdıq. Lakin rəqib artıq yaxşı oyun ritmi tutmuşdu.
“Trabzonspor” hücum potensialı yüksək olan, istedadlı basketbolçulardan qurulmuş komandadır.
İndi bu məğlubiyyəti geridə qoymalı, səhvlərimizdən nəticə çıxarmalı və iki həftə sonra doğma meydanda “Nanterre”yə qarşı keçirəcəyimiz oyuna yaxşı hazırlaşmalıyıq”.
“Gəncə” Yunanıstan klubuna məğlub olub “Neftçi” basketbol komandasının avrokubok oyununun məkanı dəyişib “Gəncə”dən yeni transfer ABŞ-li basketbolçu NTD-də - RƏSMİ “Gəncə” üçün uğursuz start
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 Oktyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















