Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Nikah yaşının pozulması: Məsuliyyət və sanksiyalar

Nikah yaşının pozulması: Məsuliyyət və sanksiyalar

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Erkən nikah problemi bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da aktual sosial və hüquqi məsələlərdən biridir. Xüsusilə qızların erkən yaşda nikaha cəlb olunması, onların təhsil, səhiyyə və şəxsi inkişaf hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan qanunvericiliyi erkən nikahların qarşısının alınması və uşaqların müdafiəsi məqsədilə bir sıra hüquqi mexanizmlər nəzərdə tutub. 

Erkən nikah dedikdə, qanunla müəyyən edilmiş nikah yaşına çatmamış şəxslərin nikaha daxil olması başa düşülür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı qadınlar və kişilər üçün 18 yaş olaraq müəyyən edilib. Nikah yaşı yalnız istisna hallarda (əsaslı səbəblər olduqda) məhkəmənin qərarı ilə 17 yaşa qədər endirilə bilərdi. 2025-ci il iyul ayının 1-dən etibarən ölkə ərazisində 17 yaşında nikaha daxil olmaq istəyənlər üçün qanun sərtləşdirilib. Belə ki, qeyd edilən tarixdən etibarən nikah yaşına çatmamış şəxslərə tətbiq olunan üzrlü səbəblər ləğv olunub. 

Təəssüf ki, rəsmi və qeyri-rəsmi statistika Azərbaycanda qanunvericiliyin tələblərinin pozulması hallarının olduğunu göstərir. 

Qanunla müəyyən edilmiş nikah yaşına çatmamış şəxsin nikaha məcbur edilməsi həm Ailə Məcəlləsi, həm də Cinayət Məcəlləsi baxımından hüquqazidd hərəkət sayılır və ciddi hüquqi məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən, şəxsin nikah yaşına çatmayan birini nikaha daxil olmağa məcbur etməsi cinayət əməli kimi tanınır. Bu əməlin törədilməsinə görə aşağıdakı məsuliyyətlər nəzərdə tutulur:

- 3 min manatdan 4 min manatadək miqdarda cərimə;

- 4 ilədək müddətə azadlıqdan məhrum etmə.

Əgər bu əməl zor tətbiq etmə, hədə-qorxu və ya digər qeyri-insani üsullarla müşayiət olunarsa, cəza daha da ağırlaşdırıla bilər.

Bundan əlavə, erkən nikah nəticəsində baş verən digər hüquq pozuntuları - məsələn, uşağın təhsildən yayınması, sağlamlığa zərər vurulması və ya məcburi əmək - əlavə cinayət və inzibati məsuliyyətə səbəb ola bilər.

Cinayət Məcəlləsinin 176-2-ci maddəsinə görə, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi aşağıdakı məsuliyyət doğurur:

- 2000 manatdan 3000 manatadək miqdarda cərimə

-  2 ilədək müddətə azadlığın məhdudlaşdırılması

- 2 ilədək müddətə azadlıqdan məhrum etmə.

Ekspertlər deyirlər ki, erkən nikah nəticəsində azyaşlılar çox zaman psixoloji, fiziki və sosial travmalar yaşayır. Onlar təhsildən kənarda qalır, erkən doğuş riski artır və gələcəkdə əmək bazarına çıxış imkanları məhdudlaşır. Bu, həm fərdi səviyyədə, həm də ümumi cəmiyyətin sosial-iqtisadi inkişafı baxımından mənfi nəticələr doğurur.

Qanunvericilik baxımından isə bu cür hallar hüquqi dövlətin əsas prinsiplərinə ziddir və hüquqi maarifləndirmə tədbirlərinin gücləndirilməsini zəruri edir.

Təhsil eksperti Elmin Nuri deyir ki, məktəblərdə, icmalarda və sosial şəbəkələrdə erkən nikahların fəsadlarını göstərən maarifləndirici proqramlar həyata keçirilməlidir. Real həyat hekayələri ilə insanlar bu problemin ciddiliyini anlamalıdır. 

“Təhsilini davam etdirən qız uşaqlarının erkən nikaha cəlb olunma riski qat-qat azdır. Ailələr təhsilin dəyərini başa düşməli, dövlət isə qızların təhsilə çıxışını təmin etməlidir.

Valideynlərin məlumatlandırılması, onların düşüncə tərzinin dəyişdirilməsi əsas hədəflərdən biri olmalıdır. Bəzən valideynlər bu addımı “xeyirli iş” kimi görürlər, lakin bu düşüncə tərzi dəyişməlidir.

Hər bir uşaq öz gələcəyini özü qurmaq haqqına malikdir. Gənclərə özlərini tanımaq, bacarıqlarını inkişaf etdirmək, öz seçimlərini etməyə imkan yaradılmalıdır”.

Araz Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri