Nikol Paşinyan Konstitusiya dəyişikliyi ilə əlaqədar erkən seçki elan edə bilər
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Ermənistanın daxili siyasi gündəmi tezliklə qaçılmaz olaraq növbədənkənar parlament seçkiləri ətrafında formalaşacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Ermənistan nəşrinin fikrincə, Konstitusiya dəyişikliyinə dair qanun layihəsini müxalifətin razılaşmaması səbəbindən parlamentdən keçirə bilməyəcək Nikol Paşinyan hökuməti erkən seçkilərə getmək məcburiyyətində qalacaq:
“Bununla əlaqədar, qarşıdakı dövrdə Ermənistanın daxili siyasi həyatında baş verəcək proseslərin və siyasi qüvvələrin yenidən qruplaşmasının əsas istiqamətini növbədənkənar parlament seçkiləri təşkil edəcək. Bu vəziyyət parlament müxalifətinin Baş nazir Nikol Paşinyanın Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsi təklifini qəti və dönməz şəkildə rədd etməsi ilə əlaqədardır”.
Nəşr qeyd edib ki, müxalifət fraksiyalarının rədd cavabı Konstitusiya dəyişikliyini parlament yolu ilə irəli aparılması imkanlarını bağlayır.
Ermənistan Konstitusiyasına əsasən, Konstitusiya dəyişiklikləri layihəsinin referenduma çıxarılması üçün Milli Məclis deputatlarının ümumi sayının azı beşdə üçünün, yəni 65 deputatın razılığı tələb olunur. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasına bunun üçün 6 mandat çatmır. Nikol Paşinyan lazım olan səsləri təmin etmək üçün parlament müxalifətinə bir neçə dəfə təklif verib. Həmçinin o, dəyişikliyə nail olmaq üçün növbədənkənar seçkilər də daxil ən müxatəlif yollara baş vuracağını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















