Icma.az
close
up
RU
Nişan günündə şəhid olan Milli Qəhrəman

Nişan günündə şəhid olan Milli Qəhrəman

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Milli Qəhrəman Bəhruz Qəhrəman oğlu Mansurovun 50 yaşı, şəhadətə qovuşmasının isə 30 ili tamam olur.

Xalqcebhesi.az Ölkə.Az-a istinadən xəbər verir ki, Milli Qəhrəman Bəhruz Mansurov xarici yağı düşmənə deyil, içimizdə dövlətçiliyimizə qarşı çıxan xain ünsürlərə qarşı savaşda həyatını dövlətçilik yolunda qurban verərək şəhidlik zirvəsinə yüksəlib.

Həyatı və qəhrəmanlığa gedən yol

Bəhruz Mansurov 1975-ci il martın 13-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. O, orta təhsilini doğma kəndində başa vurduqdan sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə qəbul olub.

Təhsil aldığı illərdə Azərbaycanın başı üstünü qara buludlar almışdı. Bir yandan ermənilər havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal edirdi, digər tərəfdən isə daxildəki çəkişmələrə yenicə müstəqilliyini əldə edən Azərbaycanın müstəqilliyini təhlükə altına atırdı. Xarici düşmənlər və varlığımızı istəməyən, gözügötürməyən qüvvələr daxildəki qüvvələrin əli ilə XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycan dövlətçiyiliyini məhv etmək istəyirdilər. Belə bir çətin və mürəkkəb dövrdə Bəhruz da bir Vətən oğlu kimi əlinə silah alaraq Azərbaycanın suverenliyi uğrunda ayağa qalxanlardan oldu.

13-17 mart 1995-ci ildə Azərbaycanda vətəndaş müharibəsinin təhlükəsini yaşadığı bir vaxtda, 20 yaşlı Bəhruz da vətənpərvərlik borcunu layiqincə yerinə yetirmək üçün qiyamçı silahlı dəstəni zərərsizləşdirmək tapşırığını alır. O tərəddüd etmədən ölkə daxilində konstitutsion quruluşu dəyişməyə can atan qiyamçılara qarşı savaşa girir. O, bu savaşda düşmən deyil, daxildəki xain,namərd gülləsinə tuş gələrək ağır yaralanır. Aldığı yaradan çoxlu qan itirdiyindən Bəhruzun həyatını xilas etmək mümkün olmur. O həyatını itirsə də, qısa zamanda Azərbaycan ordusu qiyamçıları zərərsizləşdirərək, onları tərksilah edərək dövlətçiliyi təhlükədən xilas edir.

Şəhid olan günü nişanı olacaqdı

Qardaşı Bəhram Bəhruzla bağlı xatirələrini bölüşərək həmin dəhşətli günləri belə xatırlayır:
“Rəsmən ləğv edilmiş xüsusi təyinatlı milis dəstəsi dövlətimiz əleyhinə çevriliş etməyə cəhd edəndə çevrilişin qarşısını almaq, dəstəni zərərsizləşdirmək üçün döyüşən qüvvələrin tərkibində 20 yaşlı Bəhruz Mənsurov da qatıldı. Biz ikimiz də həmin qüvvələrə qarşı, amma ayrı-ayrı qruplarda, dəstələrdə döyüşürdük. Dövlət çevrilişinin qarşısı alındı. Amma həmin döyüşdə Bəhruzu itirdik. Bəhruz şəhid olan gün hər ikimizin nişan mərasimimiz keçirilməli idi. Evdə toya hazırlıq gedirdi. Yardımlı rayonundan Sumqayıta iki bacı üçün iki qardaşın nişanı gedirdi. Qardaşımın ölüm xəbərini gətirəndə evdəkilərin bundan xəbəri yox idi. Evə gəlib toy ab-havasını görəndə: "Bu xəbəri necə deyəcəyəm?", - deyə özüm də dəhşətə gəldim: "Necə deyim ki, Bəhruz həyatda yoxdur, amma siz toya hazırlaşırsınız?" Hadisədən təkcə atamın xəbəri vardı”.

Amma nə etməli… Həyat bəzən çox acımasız olur. Bəhruz öz gələcək arzularını Vətən yolunda qurban verməklə şəhidlik zirvəsinə yüksəlmək yolunu seçir. Belə qəhrəman övladlar olduqca Azərbaycanın üçrəngli bayrağı tarix durduqca səmalarda dalğalanacaq. Onun bu qəhrəmanlığını nə dövlət, nə də xalq unutmadı.

Azərbaycan dövlət rəhbəri isə dövlətçilik uğrunda canını fəda edən Bəhruzun Vətən qarşısında layiqli borcunu yerinə yetirdiyi üçün ən yüksək Milli Qəhrəman mükafatına layiq gördü. Ulu öndər, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavasına adı verilib və orada büstü qoyulub. Yardımlı rayonunun küçələrindən biri və oxuduğu orta məktəb Bəhruz Mənsurovun adını daşıyır.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri