Icma.az
close
up
RU
Qanaxmadan şəhid olan Milli Qəhrəman Belaruslu mayor KİMDİR...

Qanaxmadan şəhid olan Milli Qəhrəman Belaruslu mayor KİMDİR...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanın 224 Milli Qəhrəmanı var. Onların sayı dövlət başçısının iki şəhidə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı 7 noyabr 2025-ci il tarixində imzaladığı sərəncamdan sonra atrmışdı.
Hazırda Milli Qəhrəmanlardan 15 nəfəri sağdır.
Şəhid olan Milli Qəhrəmanlarımız arasında qeyri-millətlərin nümayəndələri də var.
Onlardan biri də Anatoli Davidoviçdir.
Modern.az-ın məlumatına görə, bu günlərdə - 13 iyunda Milli Qəhrəmanın anım günü olub.
Yəqin ki, 28 mart 1965-ci ildə 1965-ci ildə Belorus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açan Anatoli heç vaxt ağlına belə gətirməzdi ki, nə vaxtsa Azərbaycanın Milli Qəhrəmanı olacaq. 
Anatoli Nikolayeviç Davidoviç orta məktəbi sonralar ailəsinin köçdüyü Belarusun Slutsk şəhərində oxuyub. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib.

1991-ci ilin iyununadək SSRİ-nin, sonra isə MDB-nin Gəncədəki hərbi hissəsində xidmət edən və kapitan rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayıb.
Belə ki, o, sovet ordusunun Gəncədəki alayında xidmət edərkən erməni silahlı qüvvələrinin Azərbaycanda törətdikləri faciələrə biganə qala bilməyərək, 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə keçib və döyüşlərdə iştirak etməyə başlayıb. Azərbaycan Milli Ordusunda ona mayor rütbəsi verilib.
Anatoli Davidoviç Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində artilleriya qərargahının rəisi olub. O, Milli Ordumuzun möhkəmləndirilməsinə böyük töhfələr verib.
1992-ci il iyunun əvvəllərində Ağdam rayonunda gedən qızğın döyüşlərdə 27 yaşlı Anatoli qəhrəmanlıq göstərib. Azərbaycan Ordusunun mayoru, bacarıqlı və cəsur komandir A.Davıdoviç tabeliyindəki əsgərlərə nümunə göstərərək düşmənə ardıcıl zərbələr endirib. Bu döyüşlərdə onun komandanlığı altında olan qüvvələr sayəsində düşmən silahlı dəstələrinə ciddi itkilər verib. Azərbaycan Ordusunun hücuma keçdiyi döyüşlərdə - Naxçıvanik kəndi yaxınlığında gənc mayor şəxsən bir neçə düşmən döyüş texnikasını məhv edib.
Bu döyüşlərdə A.Davıdoviç başından ağır yaralanıb və çoxlu qan itirib. O, təcili olaraq Bakıdakı  mərkəzi hərbi hospitala çatdırılıb, lakin həkimlərin səyləri nəticə verməyib. 1992-ci il 13 iyun tarixində mayor A. Davıdoviç huşu özünə gəlmədən vəfat edib. 
Onun cənazəsi doğulub boya-başa çatdığı Belorusa aparılıb və Slutsk şəhər qəbristanlığında dəfn edilib. Anatoli evli idi.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli 24 saylı Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

2015-ci il aprelin 10-da anadan olmasının 50 illiyi ilə əlaqədar xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncə şəhərindəki küçəyə mayor Davidoviç adı verilib, həmin küçədə qəhrəmanın barelyefi qoyulub.
Mayor A.Davidoviçin adına verilmiş küçədə xatirə lövhəsinin açılışında Davidoviç ailəsi – qardaşı Aleksandr, qardaşı oğlu Anatoli, həyat yoldaşı Tatyana Mixaylovna da iştirak edib. Milli Qəhrəmanın həyat yoldaşı Tatyana Anatolinin xatirəsinə göstərdiyi ehtirama görə Azərbaycana minnətdarlığını bildirib.

A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri