“Nişat Şirvani. Əsərlər” kitabı nəşr edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 noyabr, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, İrs komissiyasının sədri Sona Xəyalın transfoneliterasiya edib əlavələrlə nəşrə hazırladığı “Nişat Şirvani. Əsərlər” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Kitabda XVIII əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi, Füzuli ədəbi məktəbinin davamçısı Nişat Şirvaninin müxtəlif mövzuda və janrlarda yazdığı əsərləri, həm müasirlərinin, həm də çağdaş şairlərin onun şeirlərinə yazdıqları nəzirələr və təzminlər toplanıb. Kitab N.Şirvaninin 330 illik yubileyinə həsr edilib. Qeyd edək ki, ilk nəşrin tərtibçisi azərbaycanlı şair, ədəbiyyatşünas, biblioqraf və mətnşünas Salman Mümtaz, təkmilləşdirilmiş yeni nəşrin redaktoru Hacı Rauf Şeyxzamanlı, rəyçiləri filologiya elmləri doktoru Nəsib Göyüşov, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu və Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 Noyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















