Nissanın 1 il ömrü qalıb Böhranla üzüzədir FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın avtomobil sənayesində tanınmış şirkətlərdən biri olan "Nissan" ciddi maliyyə problemləri ilə üzləşib. Şirkətin yüksək vəzifəli rəhbərləri tərəfindən verilən məlumata görə, Nissan yaxın 12-14 ay ərzində yeni bir investor tapa bilməsə, iflas təhlükəsi ilə üz-üzə qalacaq.
Milli.Az xəbər verir ki, 2010-cu ildən sonra dözümlülüklə bağlı etibarını itirən "Nissan" iflasın astanasındadır.
"Nissan" niyə bəyənilmir? Çin avtomobilləri nəhəng yapon brendini "vurdu" - Kütləvi ixtisarlar başladı Bakıya gətirilən "Note"larda daha bir problem üzə çıxdı - VİDEO"Nissan" avtomobil satışlarındakı kəskin azalma səbəbindən qısa müddət ərzində 9 min işçisini ixtisara salmağı və istehsal gücünü 20% azaltmağı planlaşdırır. Bundan əlavə, şirkət "Mitsubishi"dəki hissələrini satmağı və yeni model buraxılışlarını təxirə salmağı nəzərdən keçirir. Bu tədbirlərin şirkətin uzunmüddətli gələcəyi üçün yetərli olmayacağı ehtimal edilir.
"Nissan"ın adlarının açıqlanmasını istəmədikləri vəzifəli şəxsləri "Financial Times"a açıqlama verərək bildiriblər ki, şirkətin böhrandan xilas olması üçün əsas amil yeni investor tapmaqdır. Əks halda, "Nissan" qlobal iqtisadi böhranın təsiri ilə iflas edən növbəti iri marka ola bilər.
Bəxtiyar Umarlı
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Noyabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















