Icma.az
close
up
RU
“2025 ci ilin statistik göstəriciləri Ordumuzun sürətli inkişafının bariz nümunəsidir”

“2025 ci ilin statistik göstəriciləri Ordumuzun sürətli inkişafının bariz nümunəsidir”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“2025-ci ilin statistik göstəriciləri Ordumuzun sürətli inkişafının bariz nümunəsidir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı altında Azərbaycan Silahlı Qüvvələri öz döyüş hazırlığını gücləndirməkdə, maddi-texniki bazasını möhkəmləndirməkdə davam edir:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsindən sonra da özünü inkişaf etdirməkdə, peşəkarlığını artırmaqdadır. Ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təchizatı, müxtəlif ölkələrlə birlikdə keçirilən hərbi təlimlər, yüksək vətənpərvərlik ruhu və s. kimi amillər Azərbaycan Ordusunun dünya orduları arasındakı mövqeyini dinamik şəkildə yüksəltməkdədir.

Bugünlərdə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il üzrə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında səsləndirilən statistika da ordumuzun sürətli inkişaf etdiyini, ordu daxilindəki münasibətlərin, mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdığını göstərir. Təkcə bir faktı qeyd edim ki, sözügedən kollegiya iclasında Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov 2025-ci ildə hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edildiyini vurğuladı ki, bu da olduqca böyük uğurdur. Bu, Azərbaycan Silahlı Qüvvələrində nizam-intizamın güclənməsindən, qanunçuluğun möhkəmlənməsindən, milli-mənəvi dəyərlərə bağlılığın artmasından xəbər verir. Burada ordu rəhbərliyi ilə yanaşı, Hərbi prokurorluğun da əməyini xüsusi olaraq qeyd etməyə ehtiyac var. 

Əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu 2026-cı ildə də yeni uğurlara nail olacaq, özünü mütəmadi şəkildə inkişaf etdirməklə hər zaman olduğu kimi bundan sonra da  Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı təminatına töhfə verəcəklər”.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri