Niva mopedlə toqquşdu 2 nəfər xəsarət aldı
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astarada "Niva" mopedlə toqquşub.
"Unikal"ın verdiyi xəbərə görə, hadisə rayonun Ərçivan qəsəbə ərazisində qeydə alınıb.
Belə ki, Astara rayonunun Hamuşam kənd sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, Astara rayonunun Şüvi kənd sakini 1980-cı il təvəllüdlü Muxtar Manaf oğlu Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Lalə Xanlar qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və onlara zəruri ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















