Niyazi Bayramov uşaq evinin sakinlərini bayram münasibətilə təbrik edib FOTOLAR
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Gence Mall” Ticarət Mərkəzinin rəhbəri Şərif Ələkbərli və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Niyazi Bayramov uşaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara uzun ömür, cansağlığı və xoşbəxt gələcək arzulayıb.
Əvvəlcə uşaqlar rəsmi qonaqlarla birgə nahar ediblər. Daha sonra “Gence Mall” Ticarət Mərkəzinin nəzdində yerləşən “GəncLand” mini istirahət məkanında müxtəlif atraksionlarda əyləniblər. Uşaqlar Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanları ilə birgə bayram əhvali-ruhiyyəli, maraqlı anlar yaşayıblar.
Uşaq evi sosial xidmət müəssisəsinin direktoru Nazilə İsmayılova dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.
“Libraff” kitab mağazası və “GəncLand” tərəfindən uşaq evi sakinlərinə müxtəlif hədiyyələr təqdim olunub, sonda xatirə şəkilləri çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 30 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















