Icma.az
close
up
RU
Niyə 5 il yox, 2 il?

Niyə 5 il yox, 2 il?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb. Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.

"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddətinin 5 ildən 2 ilə endirilməsinə səbəb nədir və bu,  vətəndaşlar üçün problem yaratmayacaqmı?

Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Cebheinfo.az"-a bildirib ki, Dövlət Qulluğu Məcəlləsində bir çox dəyişikliklərdən biri də sertifikat müddətinin 5 ildən 2 ilə qədər azaldılmasıdır:

"Bunun müəyyən ciddi əsasları da var. Bir tərəfdən 2 il müddətinə dövlət qulluğuna qəbul ola bilməyən yenidən prosesləri keçməli olacaq. Bu, əlavə çətinliklər yaradır. Bununla yanaşı, digər məsələlər var. Onlardan biri odur ki, 5 il müddətinə qanunvericilik, normalar dəyişirdi və 5 il əvvəl sertifikat almış şəxs yenidən o biliklərin sahibi olmurdu”. 

Onun sözlərinə görə, ümumiyyətlə, beynəlxalq praktikada sertifikatların optimal müddəti 2-3 ildən çox olmur: 

“Digər səbəb o idi ki, müddət 5 il olanda böyük bir ehtiyat kadr kütləsi yaranırdı. Dövlət orqanları onları işlə təmin edə bilmirdi. Beş ildən sonra o müddət biitirdi və onsuz da bu problem olurdu. Əsaslandırma bundan ibarətdir ki, şəxs sertifikatı əldə etmək üçün test imtahanı verir. Ancaq sonradan əldə etdiyi biliklər köhnəlir, qanunlar dəyişir, ona görə də 2 illik daha məqəsəduyğundur". 

Nigar Abdullayeva
"Cebheinfo.az

Açar sözlər: Dövlət qulluğu Sahib Məmmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri