Icma.az
close
up
RU
Niyə doqquz yaşlı Nuray ölkəsində oynaya bilmir və ona İsveçdə nə təklif edilib? MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRİB FOTO/VİDEO

Niyə doqquz yaşlı Nuray ölkəsində oynaya bilmir və ona İsveçdə nə təklif edilib? MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRİB FOTO/VİDEO

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il 12 sentyabr. “Sumqayıt” klubunun futbol akademiyasının məşqçisi Elman Alışanov bu günü yaxşı xatırlayır. Həmin gün ona böyük qəhvəyi gözləri olan kiçik bir qızı gətirib demişdilər: “Sənə ulduz gətirmişik”.

Bu balaca qızcığaz bu gün bir çoxlarının haqqında danışdığı 9 yaşlı Nuray İmanzadə idi. İstedadlı futbolçunun Azərbaycanda oynaya bilməməsi, bununla yanaşı İsveçdən təklif alması xəbəri sosial şəbəkələrdə sürətlə yayılıb. Cəmiyyət haqlı olaraq təəccüblənir: belə bir uşağı necə gözdən qaçırmaq olar?

İdman.Biz bu məsələyə aydınlıq gətirmək və Nurayla yaxından tanış olmaq qərarına gəlib.

Ata əleyhinə idi

Nurayın sözlərinə görə, futbola sevgisi həyətdən başlayıb. Bir gün futbol oynayan uşaqlara qoşulub və o vaxtdan etibarən idmansız həyatını təsəvvür etmir. Elə bu vaxt, məşqçi Elman Alışanov istedadlı qızları tapmaq üçün Sumqayıtdakı bütün məktəblərə elan göndərmişdi.

Təsadüf elə gətirib ki, akademiya əməkdaşlarından biri Nurayın həyətdə top qovduğunu görüb və qısa müddət sonra “Sumqayıt” akademiyası qızcığazın qapısını döyüb, məşqlərə başlamağı təklif edib. Amma Nurayın atası Cabir İmanov razılıq verməyib:

“Qızımın bacarığı barədə onu oynayan görən tanışlarımdan çox eşitmişdim. Amma etiraf edirəm ki, bu sözləri qulaqardına vururdum. Akademiyadan təklif gələndə isə əleyhinə idim. Qız uşağı hara, futbol hara?”, – deyə o, İdman.Biz-ə bildirib.

Akademiyadan təxminən bir ay ərzində atasının telefonuna aramsız zənglər gəlib, nəhayət, atası qızının israrına dözməyib razılıq verib.

Məşqçi Elman Alışanov həmin günü belə xatırlayır: “İlk məşqdəcə gördüm ki, bu, qeyri-adi dərəcədə bacarıqlı uşaqdır, desəm ki, Allah vergisidir, yanılmaram. “Sumqayıt” klubunun məşqçiləri məşqi izləyirdilər və heyrətə gəlmişdilər. “Bunu haradan tapmısan?”, – deyirdilər”. Məşqçinin sözlərinə görə, Nuray U-16 komandasında çıxış edən qızların arasında belə seçilir.

Niyə Nuray Azərbaycanda oynaya bilmir?

Nurayın tam şəkildə inkişaf etməsi üçün sağlam rəqabət və yarışlarda iştirak vacibdir. Lakin “Sumqayıt” U-12 qızlar liqasında təmsil olunmur. “Sumqayıt” akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru və əməkdar məşqçi Ağamusa Bağırov İdman.Biz-ə bildirib ki, şəhərdə bu yaşda futbolçu qızların sayı olduqca azdır:

“İlboyu qızlar axtarırıq, seleksiya və festivallar təşkil edirik. Pandemiyaya qədər hər şey yaxşı gedirdi, lakin sonra qadın komandalarının inkişafı dayanmış oldu. Hazırda növbəti mövsüm üçün U-12 komandamızın olması yönündə işlər görülür”.

A. Bağırovun fikrincə, optimal həll yolu Nurayın U-10 oğlan komandaları arasında yarışlara buraxılmasıdır. Bu yaş qrupunda formal şəkildə xal hesablanmır. Çünki rəsmi turnirlər 13 yaşdan yuxarı olan idmançılar üçün başlayır.

Qızın valideynləri və məşqçisi alternativ olaraq istisna edilməsini və Nuraya başqa yaş kateqoriyasında - qızlar arasında oynamaq icazəsinin verilməsini istəyiblər. Lakin hər iki variant qaydalara uyğun deyil.

AFFA-nın mətbuat xidmətindən İdman.Biz-ə bildirilib ki, bu problemin həlli məqsədilə AFFA-nın Qadın Futbolu Departamenti qızın valideynləri ilə əlaqə saxlayıb. Onlara Nurayın U-12 liqasında təmsil olunan başqa bir komandanın heyətində çıxış etməsinə dəstək göstərilməsi təklif edilib.

Hazırda bu məsələ müzakirə olunur. İdman.Biz hadisələrin inkişafı barədə oxuculara məlumat verəcək.

İsveçdən təklif

Nurayın Azərbaycanda yarışlara qatıla bilməməsi fonunda sosial şəbəkələrdə ona İsveçdən təklif gəldiyi barədə məlumatlar yayılıb. Ağamusa Bağırov bu məsələyə aydınlıq gətirib:

“Hələlik İsveç komandalarından konkret təklif olmayıb, amma maraq göstərilib. İsveçin “Karlslunds IF” klubunda qızların məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qafarovdur. O, bizimlə əlaqə saxladı, Nurayın istedadını qeyd etdi və imkan olarsa, onu qəbul etməkdən məmnun qalacağını bildirdi. Amma sənədləşmə kimi nüanslar var.

Biz klub və akademiya olaraq qadın futbolunu inkişaf etdirməkdə davam edirik: hazırda üç komandamız var və onlar uğurla çıxış edirlər. “Sumqayıt”ın əsas qadın komandası bir dəfə ölkə çempionu olub, milli çempionatda mükafatçılar sırasına düşüb. Bu mövsüm isə qızlarımız yalnız bir heç-heçə qeydə alıblar, digər bütün oyunlarda qalib gəliblər”.

Nurayın özü harada oynamaq istəyir?

Nuray dördüncü sinifdə oxuyur, əlaçıdır və şahmatla məşğul olur. Lakin Cabir İmanovun sözlərinə görə, məktəb onu bəzən məşqlərə buraxmır: “Nuray Sumqayıt şəhər 15 nömrəli məktəbdə oxuyur. Akademiyadan rəsmi arayış gətirsəm də, dərs buraxmağa icazə vermirlər”.

Futbol qızcığazın ürəyində xüsusi yer tutur. O, “Qarabağ”a və “Sumqayıt”a azarkeşlik edir, xarici klublardan isə Madrid “Real”ını sevir. Nuray peşəkar futbolçu olmaq istəyir: “Məşqçilərin tapşırıqlarını diqqətlə dinləyirəm. Futbolla bağlı çoxlu arzularım var. Bir gün güclü komandada, məsələn, “Real”da oynamaq istəyirəm. Əgər bir gün ölkədən getsəm, əlbəttə ki, vətənimi çox darıxacağam, amma futbola sevgim üçün səbirli olmalıyam”.

Atası da qızına dəstəkdir: “Əgər xaricə getmək imkanı yaransa və lazımi şərait olsa, məmnuniyyətlə onu müşayiət edərəm. Axı digər ölkələrdə qadın futbolu daha inkişaf edib”.

Bununla belə, Nuray və ailəsi onun Azərbaycanı təmsil etməsini istəyir: “Mən ölkəmizi və bayrağımızı xaricdə tanıtmaq istəyirəm. Azərbaycan millisinin formasını qürurla geyinə biləcəyim günü səbirsizliklə gözləyirəm”.

Leyla Eminova

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Noyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri