Etirazçılara ölüm cəzası olacaq İranın baş prokuroru
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.
"Unikal" xəbər verir ki, bu barədə İranın dövlət KİV-i məlumat yayıb.
"Bütün etirazçılar "Allahın düşmənləri" (və ya "mohareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - ölkənin baş prokuroru bildirib.
O, həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər.
Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların mohareb ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Yanvar 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















