Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Niyə eks sevgilimizi yuxuda görürük?

Niyə eks sevgilimizi yuxuda görürük?

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Keçmiş sevgilini yuxuda görmək, hətta onu uzun müddətdir xatırlamasanız belə, mümkündür. Xalq inancları və məşhur yuxu yozumları belə yuxulara müxtəlif mənalar versə də, psixoloji yanaşmaya görə bunun səbəbi çox vaxt keçmiş insanın özü deyil, onunla bağlı yaşanan duyğular ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yuxu yozumlarında keçmiş sevgilinin görünməsi adətən keçmişlə, tamamlanmamış məsələlərlə, dəyişikliklərlə və ya insanın tam geridə qoya bilmədiyi emosiyalarla əlaqələndirilir.

Keçmiş sevgili yuxuda sizi görmədən yanınızdan keçirsə, bu, keçmişdən tədricən uzaqlaşmaq kimi yozulur. Yenidən birlikdə olduğunuzu görmək isə nostalji və müəyyən xatirələrin yenidən canlanması ilə əlaqələndirilə bilər.

Psixoloji yanaşmalara görə isə keçmiş sevgilini yuxuda görmək həmin şəxsi hələ də sevdiyiniz anlamına gəlmir. Beyin bu insanın obrazından həyatın müəyyən dövrünün, hissin və ya hazırda yaşadığınız vəziyyətin simvolu kimi istifadə edə bilər.

Keçmiş sevgili sizi qucaqlayır və ya öpürsə

Belə yuxu ilk baxışdan həmin münasibətə qayıtmaq arzusu kimi görünə bilər. Lakin bu, insanın özündən çox, həmin münasibətdə yaşanan təhlükəsizlik, diqqət, ehtiras və sevgi hissləri üçün darıxmaqla bağlı ola bilər.

Yuxuda mübahisə edirsinizsə

Keçmiş sevgili ilə dava və ya mübahisə etmək əvvəllər ifadə olunmamış incikliklərin göstəricisi kimi şərh edilir. Xüsusilə oyandıqdan sonra qəzəb hissi qalırsa, bunun keçmişdə həll olunmamış emosiyalarla bağlı olması mümkündür.

Keçmiş sevgili geri qayıtmağınızı istəyirsə

Bu yuxunu həmin şəxsin sizi düşündüyünün əlaməti kimi qəbul etmək doğru deyil. Psixoloji baxımdan yuxular başqa insanın fikirlərini öyrənmək üçün etibarlı vasitə hesab edilmir. Belə bir süjet daha çox cavab almaq, bağışlanmaq və ya keçmiş münasibətə emosional nöqtə qoymaq ehtiyacını göstərə bilər.

Onu yeni sevgilisi ilə görürsünüzsə

Belə yuxu hisslər bitmiş olsa belə, insanda narahatlıq yarada bilər. Yuxu yozumlarında bu, qısqanclıq və keçmişdə olan nəyisə itirmək qorxusu ilə əlaqələndirilir. Digər yanaşmaya görə isə insan hazırkı özünü həmin münasibət dövründəki özü ilə müqayisə edir.

İllər sonra yuxunuza girirsə

Keçmiş sevgilinin illər sonra yuxuda görünməsi “keçmiş geri qayıdır” mənasına gəlmir. Bunun səbəbi gündəlik həyatda yaşanan müəyyən hadisə ola bilər.

Yeni biri ilə tanışlıq, hazırkı partnyorla mübahisə, keçmiş münasibətlə bağlı bir yerə getmək və ya köhnə bir mahnını eşitmək belə beynin həmin xatirəni aktivləşdirməsinə səbəb ola bilər.

Bu halda keçmiş sevgilinin obrazı əslində hazırda yaşadığınız hiss və vəziyyətləri ifadə edən bir simvol rolunu oynaya bilər.

Keçmiş sevgili tez-tez yuxuya girirsə nə deməkdir?

Eyni insanla bağlı təkrarlanan yuxular mistik məna axtarmağa səbəb ola bilər. Lakin bu, keçmiş sevgilinin həyatınıza qayıdacağı anlamına gəlmir.

Belə hallarda yuxunun özündən çox oyandıqdan sonra hansı hisslərin qaldığına diqqət yetirmək tövsiyə olunur. Kədər, qorxu, inciklik, rahatlıq, qısqanclıq və ya tam laqeydlik yuxunun səbəbini anlamaqda daha çox ipucu verə bilər.

Psixoloqların yanaşmasına görə, keçmiş sevgilini yuxuda gördükdən sonra əsas sual “O məni düşünürmü?” deyil, “Yuxuda hansı hissi yaşadım və həmin hiss hazırda həyatımın hansı hissəsində mövcuddur?” olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Avqust 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri