Icma.az
close
up
RU
Niyə insanlar tez tez küsür? Psixoloq izah ETDİ

Niyə insanlar tez tez küsür? Psixoloq izah ETDİ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Bəzi insanların tez-tez və dərin şəkildə küsəyən olması adətən tək bir səbəblə izah olunmur. Bu davranışın arxasında psixoloji, emosional və bəzən də sosial amillərin mürəkkəb bir kombinasiyası dayanır. Küsəyənlik çox vaxt insanın daxili dünyasında həll olunmamış ehtiyacların və yaraların xarici davranışa çevrilmiş formasıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova tez-tez küsən insanlardan danışarkən bildirdi.

Dediyinə görə, küsəyənliklərin əsas səbəblərdən biri uşaqlıq dövrü ilə bağlıdır:

"Uşaq vaxtı kifayət qədər eşidilməyən, duyğuları ciddiyə alınmayan, tez-tez tənqid olunan və ya sevgini şərtli şəkildə görən insanlar böyüdükdə münasibətlərdə həddən artıq həssas ola bilirlər. Onlar üçün kiçik bir söz, mimika və ya laqeydlik keçmişdə yaşanan “görülməmək” hissəsini yenidən aktivləşdirir. Bu zaman küsəyənlik əslində qarşı tərəfə verilən bir mesajdır: “Məni incitdin, amma bunu açıq deməyə cəsarətim yoxdur". Digər mühüm amil özünə dəyər hissinin zəif olmasıdır. Özünü dəyərli hiss etməyən insan başqalarının davranışlarını tez-tez şəxsi qəbul edir. Neytral və ya niyyətsiz deyilmiş bir cümlə belə onun beynində “məni bəyənmirlər”, “məni saymırlar” kimi tərcümə oluna bilər. Bu cür insanlar üçün küsəyənlik bir növ özünü qoruma mexanizmidir. Onlar incinməmək üçün münasibətdən emosional olaraq geri çəkilirlər".

Psixoloq qeyd etdi ki, ünsiyyət bacarıqlarının zəifliyi də küsəyən davranışın kökündə dayanır:

"Hisslərini açıq şəkildə ifadə etməyi, sərhədlərini sağlam formada bildirməyi bacarmayan insanlar narazılıqlarını susaraq və küsərək göstərirlər. Onlar “mənə belə davrananda özümü pis hiss edirəm” deməkdənsə, səssiz qalmağı və məsafə yaratmağı seçirlər. Bu isə zamanla münasibətlərdə anlaşılmazlıqları daha da dərinləşdirir. Bəzi hallarda küsəyənlik manipulyativ davranış formasına da çevrilə bilər. İnsan qarşı tərəfin diqqətini çəkmək, istədiyini əldə etmək və ya günahkarlıq hissi yaratmaq üçün küsür. Bu, xüsusilə uşaqlıqda küsəndə istəkləri yerinə yetirilən insanlarda daha çox müşahidə olunur. Onlar öyrənmiş olurlar ki, küsəndə qarşı tərəf geri addım atır. Emosional tənzimləmənin zəif olması da vacib faktordur".

Müsahibimizin fikrincə, duyğularını idarə etməkdə çətinlik çəkən insanlar emosional dalğalanmaları daha kəskin yaşayırlar:

"Onlar üçün incimə uzun müddət davam edir və bağışlama prosesi çətinləşir. Bu zaman küsəyənlik daxili gərginliyin xaricə yansımasıdır. Bəzən də küsəyənlik insanın münasibətə verdiyi dəyərin göstəricisi olur. Yəni insan yalnız önəm verdiyi şəxsdən inciyir. Lakin bu inciklik sağlam şəkildə ifadə olunmadıqda, münasibətdə emosional uzaqlaşma yaradı".

Onun sözlərinə görə, psixoloji baxımdan küsəyən insanı “zəif” və ya “problemli” kimi etiketləmək düzgün deyil. 

"Əksinə, bu davranış çox vaxt eşidilmək, anlaşılmaq və qəbul olunmaq ehtiyacının göstəricisidir. Problemin həlli isə duyğuların fərqinə varmaq, onları açıq ifadə etməyi öyrənmək və keçmiş emosional yaralar üzərində işləməkdən keçir. Sağlam ünsiyyət qurulduqda küsəyənlik tədricən yerini anlayış və yaxınlığa verə bilir", - deyə Zeynəb Əyyubova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Dekabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri