Icma.az
close
up
RU
Azərbaycanda boşanmalar niyə artır?: Psixoloq səbəbini izah etdi

Azərbaycanda boşanmalar niyə artır?: Psixoloq səbəbini izah etdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Qeyd edək ki, bu gün boşanmaların səbəbləri müxtəlif cür izah edilir. Belə ki, son zamanlar kişilərə görə, qadınlar aliment almaq üçün boşanır. Qadınlar isə bu fikri doğru hesab etmirlər. 

Cəmiyyətdə səslənən boşanma səbəblərindən biri də gənc cütlüklərə ailələrin müdaxiləsidir.

Məsələ ilə bağlı tanınmış psixoloq Nizami Orucov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, cütlüklərdə bəzən belə fikir olur ki, ailələrin evliliyə təsiri olmaz:

“Amma məsələ deyilən kimi deyil. Nəticədə ailə quran tərəflər bir ailənin yetişdirdiyi fərddir. Hər tərəf öz ailəsinin tərbiyə, əxlaq və dəyərlər sistemini mənimsəyərək bu günə gəlib çatmışdır.

Ona görə də ailə qurularkən qadın və kişinin ailəvi təsirlərindən tamamilə uzaqlaşdığını demək məntiqə sığmaz. Bu fikirləri qəbul edərək addım atılsa, gözləntilər və təsəvvürlər reallığa əsasən uyğunlaşdırılsa, cütlüklərin evlilikdə qarşılaşa biləcəkləri problemin təsir dərəcəsi aşağı olacaqdır. 

Bu nüansa da diqqət edək ki, problem olmayacaq demirik, ola bilər, amma əsas buna lazımi yanaşmanı öncədən tərəflərin özündə formalaşdıra bilməsidir. Boşanmaya maddi vəziyyət, psixoloji durum, evsizlik də səbəb ola bilər. 

Amma burda əsas səbəb bu kimi problemlərin evlilikdə həll olunacağına ümid etmək, görməzdən gəlmək, rasional - məntiqi düşüncənin öz yerini emosionallığa verməsi,  gözləntilərin reallıqdan uzaq olmasıdır. Boşanmaya əsl səbəb problemlərə yanaşma formasıdır".

Psixoloq qeyd edib ki, cəmiyyətdə aliment üçün boşanan qadın kütləsi də var: 

"Amma hər boşanan qadına “alimentə görə boşanır” , “pul dilənir” kimi yanaşmalarla fikir bildirmək doğru olmaz. Çünki arxaplanda bizim təxmin edə bilməyəcəyimiz fərqli situasiyalar baş verə bilər ki, bunun nəticəsində qadın boşanmaq məcburiyyətində ola bilər. 

Səbəblərə kəskin anlaşılmazlıq və münaqişə, xəyanət, münasibətin əvvəlki marağını itirməsi, şəxslərin müdaxiləsi, fiziki, emosional şiddət, tərəflərin vəzifələrini yerinə yetirməməsi və s. aid ola bilər.

Bu səbəblər hələ 10 % deyildir. Yəni belə hallarda boşanma halı qadın üçün tək çıxış yolu olur. Aliment alması isə onu “dilənçi, pul hərisinə” çevirmir. Həyatda heç kəs heç nədən sığortalanmayıb.

Bu situasiyalar xaricində, strategiya quraraq evlənib - boşanan xanımlar isə yuxarıda deyildiyi etiketi özlərinə götürmüş olurlar.

Çünki bu yanaşma birbaşa olaraq ailə dəyərlərini və gələcəyini məhvə aparır".

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri