Icma.az
close
up
RU
Stress anında mədə niyə ağrıyır? PSİXOLOQ İZAH ETDİ

Stress anında mədə niyə ağrıyır? PSİXOLOQ İZAH ETDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Bəzən insanlar bədənlərində ağrı şikayəti ilə həkim müayinəsində olurlar". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Onun sözlərinə görə, bu ağrılar isə başda, qollarda, ayaqlarda, eləcə də, bədənin müxtəlif nahiyələrində görülə bilir: "Eyni zamanda ağrılar bəzən yer dəyişdirir. Məsələn, başdan boyuna, əldən ayağa keçərək ağrılar şəkil dəyişdirə bilir. Əgər bu ağrılar tibbi səbəblə açıqlana bilmirsə, həkim müayinələrində konkret diaqnoz qoyula bilmirsə, somatoform hesab olunur. Somatoform menfi düşüncələrin, duyğuların bədəndə özünü göstərməsidir.

Stress anında mədə niyə ağrıyır? Ona görə ağrıyır ki, mədə duyğularla bağlı olan ən önəmli orqanizmimizdir. Hər hansısa duyğularımız bizi narahat edəndə ilk mədəyə təsir edə bilir. Mədə sinir sistemimizlə çox əlaqəlidir. Ürək bulanma da bu sadaladığım vəziyyətlə ola bilər. Basdırılmış duyğular, həmçinin gələcəyi həddindən artıq çox düşünmək mədə ağrısı, ürəkbulanma, tərləmə, başgicəllənmə və s. simptomlarla özünü göstərə bilər.

Bu simptomlar insanı tez-tez narahat edib həyat keyfiyyətini aşağı salırsa, psixoloji dəstək alaraq həyatınızı daha rahat hala gətirib, anı doya-doya yaşaya bilərsiniz. Məhz bu (somatoform) problemləri yaşamamaq üçün duyğularımızı basdırmamağı, onları ifadə etməyi öyrənməliyik.

İfadə edilməmiş, basdırılmış duyğular şüuraltımızda yer alaraq bizi idarə etməyə baslayır. Daha sonra öz reaksiyasını bədənimizdə göstərməyə başlayır. Şüuraltımızdakı travmalarımızdan, negativ düşüncələrimizi aydınlatmaq bizim öz əlimizdədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri