Icma.az
close
up
RU
Niyə o balinadan bizdə olmasın? Replika

Niyə o balinadan bizdə olmasın? Replika

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakıda COP29 başladı. Aylardır hazırlaşdığımız o tədbir barədə xəbərləri Xəzərdən tapılmış bir saxta balina xəbəri az qala arxa plana salacaqdı. Biz bir himə bəndik axı. Sosial şəbəkələrdə şəbeh başladı nə başladı. Çoxları onu gerçək hesab edib müxtəlif şəkildə fikirlər yürütməyə başladı.

Dindar kəsimin nümayəndələri “Allah qonaqdan öncə ruzisini yetirər” deyirdilər, inanmırdım inandım” yazdı,  özünü elm adamı hesab edən bir çoxbilmiş isə “Xəzər dənizinin cazibədar maqnit sahəsi var. Balinalar maqnit sahəsinə görə kütləvi axın edirlər. Yəqin qütblərin cüzi yerdəyişməsi nəticəsində balinalar hərəkət trayektoriyasını itirib gəlib Bakıya çıxıb” dedi.

Açıqlama verilməsəydi kim bilir daha nələr uyduracaqdıq.

Xəzər dənizi sahilində peyda olan bu balina maketdir. Hiperrealist balina installyasiyalarını Belçikanın "Captain Boomer Collective" qrupu yaradır. Onlar bununla diqqəti ekoloji problemlərə və insanın təbiətə təsirinə diqqət  yönəltmək istəyirlər.

Bu maket Avropanın London, Paris, Madrid , Sürix, Bordo kimi böyük şəhərlərində nümayiş etdiriliblər. Qrupun əməkdaşları balinanın ətrafında alimlər kimi fırlanaraq, tədqiqat apardıqlarını imitasiya edirlər. Maket çox yüksək texnologiyada hazırlanıb, canlıdan fərqlənmir. Hərəkət edə bilir.

Qrupun nə mesaj vermək istədiyi məlumdur. Bizim almaq istədiyimiz mesaj balıq qızartması, közləmə, kabab oldu. Xəzərdə ən böyük canlı suitidir.  

Mənə elə gəlirdi bunu hamı bilir. Amma görünür bilmirmiş. Azərbaycanda anadan olan demək olar ki, hamı məktəbə gedir. Pis-yaxşı məktəbi bitirib attestat da alır. O məktəblərin təbiət elmləri, zoologiya, coğrafiya, biologiya fənnində qeyd olunur ki, balinalar okeanların açıq və dərin sularında yaşayan dəniz məməliləridir. 

Xəzər dənizi isə qapalı bir su hövzəsi olaraq balinaların ehtiyac duyduğu ekosistem xüsusiyyətlərinə malik deyil. Heç dərsi oxumadıq deyək, illərdir Xəzər sahilində yaşaya –yaşaya necə bundan xəbərsiz olmaq olar axı?

Bu hadisə, təhsilin vacibliyini və təbiət haqqında daha dərin və dəqiq biliklərə sahib olmağın nə qədər önəmli olduğunu da xatırlatdı, təbiəti qorumağın vacibliyinə dair unudulmaz bir mesaj da verdi.  On illər sonra nəsə bir hadisəni xatırlatmaq istəyəndə insanlar “Bakıda balina tapılan il” deyib dəqiqləşdirmə aparacaqlar. On il sonra görəsən biz bu qədər avam inanc sahibi olduğumuzu da xatırlayacağıq?
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri