Icma.az
close
up
RU
Niyə onu əvvəlki kimi sevmirəm? SƏBƏBLƏRİ

Niyə onu əvvəlki kimi sevmirəm? SƏBƏBLƏRİ

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz.

Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü?

"Onsuz da mənimdir" düşüncəsi

Ailem.az bildirir ki, ilk bir neçə ayı xoş keçirdikdən sonra bir çox cütlük "onsuz da mənimdir, mənə məxsusdur" kimi yanlış düşünməyə başlayar. Və bu da tərəflərdən birinin "birlikdə olmağımızın artıq mənası qalmadı" deyənə kimi davam edər. Ancaq münasibətinizi bir körpə kimi düşün. Körpənizə bir neçə il baxıb sonra "onsuz da öz-özünə böyüyəcək" deyib bir kənara atarsınız?

Sevginizə sahib çıxın və hər mərhələsində onun üçün nələrsə etməyə çalışın. Bir-birinizlə maraqlanın, bir-biriniz üçün darıxın, fikrilərinizi paylaşın, problemləri böyüyüb həllolunmaz hala gətirmədən oturub müzakirə edin. Bir sözlə, hər ikiniz də çalışın.

İş bölgüsü etməmək

Əsəbisiniz, həm də çox... Sevdiyiniz adamla bir evdə yaşamağa başlayandan etibarən o, bütün ev işlərini (paltar yumaq, ev təmizləmək, qab yumaq və s. ) ancaq sizin görməli olduğunuzu düşünür, halbuki sizin də işiniz onunku qədər ağırdır. Evlənəndən sonra bir çox ailədə rollar artıq bölüşür və ev işləri də həmişəki kimi qadının üzərinə atılır. Ancaq bilməlisiniz ki, bunlar hər ikinizin də işidir.

Ərinizə evlə bağlı bəzi işlər tapşırın. Marketə dönmədən evə gəldi? Qətiyyən onun yerinə durub marketə getməyin. Mətbəxi təmizləməkdə elə də bacarıqlı deyil? Eybi yox, qoyun təmizləsin. Vacib olan bir sıra məsuliyyətlərinin olduğunu dərk etsin. Yoxsa gördüyünüz hər yaxşılıq bir müddət sonra sizi münasibətinizdən soyudar.

Keçmiş sevgilinin kölgəsindən xilas olmamaq

Bəzən keçmişdəki bir münasibətin kölgəsi bu günün xoşbəxt sevgisinin üzərinə düşə bilər. "Yeni sevgilim doğru insandırmı? Yoxsa hələ də mənim üçün çalışan keçmiş sevgilimə geri qayıdım?" kimi şübhələr gözəl davam edən sevgini bir müddət sonra zəhərləməyə başlayar. Böyük ehtimalla qarşı tərəf də bundan sıxılar və münasibətini bitirər. Əgər keçmiş sevgilisiylə bağlı tərəddüdləri olan sizsinizsə, tövsiyəmiz odur ki, onu udun, çünki eyni suda iki dəfə yuyunmaq olmaz. Özünüzə və yeni sevgilinizə gerçək bir şans verin.

Yeni sevgilinizi keçmişdəkiylə heç vaxt müqayisə etməyə çalışmayın.

Onu olduğu kimi qəbul etməmək

Fərqli düşüncələrə, maraqlara sahib olmaq, gələcəyə dair planların, xəyalların, dünyagörüşlərinin fərqli olması çox vaxt ayrılığa səbəb olur. Xarakteriniz eyni olmaq məcburiyyətində deyil. Məsələn, siz daha şənsiniz, o isə sakitdir. Ancaq həyata və dünyaya baxışınız, zövqləriniz, planlarınız uyğun gəlmirsə, işiniz çox çətindir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri