Icma.az
close
up
RU
Bakıda sərçələr niyə əvvəlki kimi görünmür?

Bakıda sərçələr niyə əvvəlki kimi görünmür?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Bir vaxtlar Bakının küçələrində, həyətlərində və parklarında demək olar ki, hər addımda rast gəlinən sərçələr indi əvvəlki qədər görünmür. Şəhərin müxtəlif ərazilərində digər quş növlərinin sayının artması fonunda dam sərçələrinin daha az nəzərə çarpması diqqət çəkir.

Bəs Bakıda sərçələrin sayı həqiqətən azalırmı? Buna səbəb nədir?

Moderator.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, əvvəllər Bakıda quşların böyük əksəriyyətini dam sərçələri təşkil edib:

“Vaxt olub ki, Bakıda dam sərçəsi 98 faiz idi. Yəni demək olar ki, bu quşdan başqa Bakıda heç bir quş yox idi. İndi isə Bakıda onlarla cürbəcür quşlar var. Hətta tutuquşu var, yaşılca var, meşə quşları var, arı quşlarının bir neçə növü və sair. Demək olar, hər həyətdə qara qaratoyuq var. İki növ qurğur da var”.

E.Sultanov qeyd edib ki, vaxtilə Bakıda şəhər göyərçinlərinə də demək olar ki, rast gəlinmirdi. Onun sözlərinə görə, bütün şəhərdə cəmi bir yerdə – Malakan bağında göyərçinlər üçün kiçik evcik yaradılmışdı və burada bir neçə cüt yaşayırdı.

“Başqa heç yerdə Bakıda göyərçin yox idi. İndi isə göyərçinin əlindən tərpənmək olmur. Qara qaratoyuq hər həyətdədir. Harada ağaclıq varsa, tutuquşu, cürbəcür meşə quşları var. Təbii ki, bu fonda artıq sərçə az görünür”, – deyə ornitoloq bildirib.

Onun sözlərinə görə, sərçələrin şəhərdə əvvəlki qədər nəzərə çarpmamasının əsas səbəblərindən biri digər quş növləri ilə rəqabətdir.

“Başqa növlər olmayanda, təkcə sərçə yaşayanda sərçə də yaşayırdı. Çünki sərçə üçün ağacın olması vacib deyil. Sərçə dərmə-deşiklərdə, binaların çatlarında yuvalayır. Amma indi çoxlu ağac əmələ gəlib, bu ağaclarda yaşayan quşlar gəlib. Sərçə və bu quşların çoxu da ərzağa, yemə, qida mənbəyinə görə rəqabət aparırlar. Çünki balalarını eyni həşəratlarla yedizdirirlər”.

E.Sultanov bildirib ki, Bakıda sərçələrlə oxşar qida mənbələrindən istifadə edən və eyni yuvalama imkanlarından yararlanan digər quşlar da var:

“İndi ona, misal üçün, torpaqda qara qaratoyuq rəqabət göstərir. Budağa çıxanda yaşılca rəqabət göstərir, arı quşları da rəqabət aparır".

Ornitoloq hesab edir ki, dam sərçələrinin sayının kəskin azalmasından danışmaq düzgün deyil. Onun fikrincə, əsas dəyişiklik digər quşların sayının artması ilə sərçələrin ümumi quşlar arasındakı nisbətinin aşağı düşməsidir:

“Mən deməzdim ki, sərçə birbaşa azalıb. Nisbətdə sərçənin faizi düşüb aşağı və təbii ki, ümumi say da rəqabətə görə. Çünki ekologiyada belə anlayış var – ekoloji niş. Bir çox ekoloji nişaları eyni olan quşlar əmələ gələndə növün ekoloji nişası azalır, balacalaşır. Çünki oxşar növlər çoxalır”.

E.Sultanov dam sərçələri ilə bağlı vəziyyəti “dəhşətli böhran” kimi qiymətləndirmədiyini də vurğulayıb:

“Əlbəttə, əvvəl biz quş görəndə ancaq dam sərçəsini görürdük. İndi cürbəcür quşları görürük və hərdən dam sərçəsini də görürük. Deyirik: ‘A, nə azdır’. Çünki qabaq ancaq onu görürdük, başqa quşları görmürdük axı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri