Icma.az
close
up
RU
Niyə qışqırırıq?.. FELYETON

Niyə qışqırırıq?.. FELYETON

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ay Molla, sən Allah, vaxt elə, qulaq as, bir yol göstər bizə. Vallah səndən başqa bu dərdi kimə dedimsə, çarəsi olmadı. Ay rəhmətlik, axı səsdən başımız çatlayır. Bəlkə də həkimə getsək, hamımıza “başınız xarab olub, gedin qalan ömrünüzü istədiniz kimi yaşayın”,- deyəcək.

Ay Molla, hərdən fikirləşirəm ki, bu uzaydan gəlib gecəynən bizə nə isə etdilər, görəsən? Elə hey o deyir-bu deyir ki, axşam göydə tarelka gördüm, yerdə parıltı gördüm. Vallah, şübhələnirəm bəzən. Bizə nə etdisə, onlar etdi. Yoxsa ətdən, sümükdən ibarət bizləri bu səs çoxdan o dünyaya aparmış olmalıydı.

Ay qurban olum, camaatın hamısı qışqırır, xəbərin var? Hamı ucadan danışır, qulağını tıxıb öz-özünə danışır. Vallah, elə qorxulu görünürlər ki... Bir də görürsən ki, küçədə bir nəfər öz-özünə danışa-danışa sənə tərəf gəlir. Hiss edirsən ki, əlin-ayağın buzlayır. Gəlib yanından keçir, xeyli aralanandan sonra sənlə işi olmadığını görüb toxdayırsan.

Gənclərin universitetdən çıxma vaxtı küçədə bir hay-qışqırıq başlayır ki.... Bir-biriləri ilə zarafatlaşa-zarafatlaşa, ucadan danışa-danışa gedirlər. Hələ metroda ey, elə ucadan danışırlar ki, dönüb baxırsan, baxanda da sənə elə bir göz süzdürürlər ki, vallah, qorxursan. Deyirsən, bu yaşımda bunlar məni döyəcək, deyəsən...

Metroda-qatarda bir də eşidirsən ki, kiməsə zəng gəldi, başladı çığıra-çığıra danışmağa. Onun əvəzindən ha utan, nə olsun. O, öz işindədir. Heç vecinə də deyil ki, axı bu qədər adamın qulağı məndədir...

Ay Molla, dərd bir olar, iki olar, deyərsən, hə. Axı onlarladır, hansından danışım ki, ürəyim soyusun. A kişi, xoşbəxt adammışsan ey, dövründə maşın-filan yox idi. Minirdin uzunqulağa, düşürdün yola, başın sakit, qulağın dinc. Gəl də, nə olar, gəl, günümüzə bax. Gör, nələr çəkirik?

A kişi, bu Bakı şəhərini sən yaxşı tanıyırsan da, ta burada maşın əlindən tərpənmək mümkün deyil. İlahi, kimin əlinə beş qəpik düşübsə, verib maşına, özü də girib içinə, ta çıxmaq bilmir. Axşama kimi o küçə sənin, bu küçə mənim. Siqnallayırlar, elə bir dəlixanadır bura. Siqnalı qoyum bir kənara ey. Maşınlardan çıxan musiqi səsi qapılarımızı Xəzərdən gələn fırtınalı külək kimi açıb soxulur evlərimizə, otaqlarımıza. Deyir, dur ayağa, sən hara, istirahət hara?

Allah köməyimiz olsun, ay Molla, yaman xəstəyik. Sən Allah, vaxtın olanda bizə bir kitab aç. Gör vəziyyətimiz necə olacaq? A kişi, deyirəm sənə ki, minlərlə maşın var bu şəhərdə, deməli, minlərlə də xəstə var. Bax halımıza. Desən ki, bunların mərəzi nədir? Budur ki, hamısının başının içinə nə isə olub, ya da qulaqlarına. Maşında musiqiyə bu qədər səs verərlər?

Vallah, yazıqlar, xəstədir. Yoxsa bu səs kənardakıların başını bu qədər pozanda, gör onlara nə edər. Yəqin bunları o uzaydan gələnlər dəyişdirib özləri kimi dəmirə çevirdilər. Ki, bunlara səs təsir etmir. Gup-gup, axı nə qədər gup-gup?..

And olsun Allaha, Molla, gup-gup səsi beyninə təmas edir, qayıdır, mahnıların səsi qarışır bir-birinə, deyirsən bəs cəhənnəmin qır qazanında pak-pak qaynayırsan.

Elə vallah, cəhənnəmliyik hamımız. Ətəyi qaldırıb dizimizdən iki qarış, köynəyi də göbəyimizdən bir qarış yuxarıya qaldırıb qoyanda, sinəmizi açanda, Allahın verdiyi əzaları bəyənməyib yeniləyəndə, saçımızı göy qurşağı rənglərinə boyayanda, sosial şəbəkələrdə biabırçılıqla məşğul olanda, Allah da bizə bax belə mərəz endirər göydən.

Günahkar özümüzük. Amma yenə də Allah köməyimiz olsun, Hamımızın övladı var. Övlad yazıq da nə etsin, gözünü açıb bizi görür, arxamıza üç təpik də artıq vurur. Deyirik görən bu niyə belə oldu? Ta düşünmürük ki, kül başımıza, bizim mərəzimiz buna da keçdi.

Hə, Molla, gör bizə nə edə bilərsən. Yəni görəsən bu qışqırmamaq üçün bir dava varmı, yazığıq, həm də çox yazıq...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri