Icma.az
close
up
RU
Niyə valideynlər lisey və gimnaziyalar üçün bu qədər təkid etdi?

Niyə valideynlər lisey və gimnaziyalar üçün bu qədər təkid etdi?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi təhsil sistemi qarşısında duran mühüm vəzifələrdən biri kimi daim diqqət mərkəzindədir. Bu sahədə dərin məzmunlu davamlı fəaliyyətin təşkili və uğurla həyata keçirilməsi prioritet hədəf kimi qarşıya qoyulub.  

“Qafqazinfo” xəbər verir ki, son illərdə istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması sahəsində görülən işlər bu sahədə ciddi uğurların əsasını qoyub. İstedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək üçün yeni tipli tədris müəssisələrinin şəbəkəsi xeyli genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmununun müasir tələblərə uyğunlaşdırılması istiqamətində yeni tədris plan və proqramları hazırlanaraq tətbiqinə başlanılıb. Bu cür təhsil müəssisələrinin maddi-texniki təminatının, pedaqoji kadr heyətinin tərkibinin ildən-ilə yaxşılaşdırılması, lisey və gimnaziyaların tədris planlarının şagird nailiyyətlərinin əldə olunmasına uyğunlaşdırılması bu sahədə mühüm keyfiyyət dəyişikliklərinə imkan yaradıb.

Hazırda Azərbaycanda mərkəzləşdirilmiş imtahanla şagird qəbulu həyata keçirilən 34 lisey və gimnaziya fəaliyyət göstərir. Onlardan 12 lisey və gimnaziya Bakıda, 22-si regionlarda yerləşir.  


Rəqabət kifayət qədər yüksəkdir

Bu müəssisələrdə  ümumilikdə 18.970 şagird təhsil alır. Hər il bu müəssisələrə qəbul olmaq məqsədilə 30.000-dən artıq şagird imtahanda iştirak edir və onlardan təxminən 4.000 nəfəri qəbul olunur. Bu göstəricilərə əsasən qeyd edə bilərik ki, təhsil müəssisələrinə qəbul üzrə rəqabət kifayət qədər yüksəkdir. Bu da adıçəkilən təhsil müəssisələrində tədris prosesinin keyfiyyətinin göstəricisi hesab edilə bilər.

Bu müəssisələrin şagirdləri hər il ölkənin ən nüfuzlu bilik yarışlarından biri sayılan, 70 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında əhəmiyyətli nailiyyətlər əldə edirlər.

Uğurların statistikası

Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən respublika fənn olimpiadaları, müxtəlif bilik müsabiqələri və yarışlarında lisey və gimnaziya şagirdlərinin əldə etdiyi uğurlar sevindiricidir və artan dinamika ilə müşayiət olunur.

Statistikaya əsasən, 2023-cü ildə bu müəssisələrin şagirdləri Respublika fənn olimpiadaları üzrə ümumi qaliblərin 37.55%-ni, 2024-cü ildə 37.63%-ni, 2025-ci ildə isə 36%-ni təşkil edib.

Respublika fənn olimpiadaları şagirdlərin fənlər üzrə dərin biliklərin qiymətləndirilməsi və gələcək istedadların aşkara çıxarılması baxımından ölkənin ən nüfuzlu müsabiqələrindən biri hesab olunur. Müsabiqənin qalibləri həm də beynəlxalq olimpiadalara hazırlıq şansı əldə edirlər. Son illərin nəticələri göstərir ki, bu təhsil müəssisələrinin şagirdləri Respublika fənn olimpiadaları üzrə ümumi qaliblər arasında önəmli yer tutur: 2023-cü ildə qaliblərin 43.6%-ni lisey və gimnaziyaların şagirdləri təşkil edib, 2024-cü ildə isə bu göstərici 50%-ə çatıb. 2025-ci il üzrə də nəticələrin  bu yüksək dinamikanı davam etdirəcəyi gözlənilir.

Bundan əlavə, son illərdə keçirilən Lütfi Zadə adına riyaziyyat məntiq olimpiadası şagirdlərin analitik düşüncə qabiliyyətini və məntiqi nəticə çıxarma bacarığını ölçən müsabiqələrindən biri kimi mühüm əhəmiyyət daşıyır. Lisey və gimnaziyalarımızın şagirdləri təhsilverənlərin məntiqi təfəkkürü və təhliletmə qabiliyyətinin gücləndirən bu müsabiqənin  ümumi qalibləri arasında da stabil şəkildə yüksək nəticələr göstəriblər: 2023-cü ildə qaliblərin 30.2%-i, 2024-cü ildə 30.7 %-i bu müəssisələrin şagirdləri olub. 2025-ci il üzrə yekun mərhələnin nəticələri tezliklə məlum olacaq və bu dinamikanın  davam edəcəyinə ümidlər böyükdür.  

Əlavə edək ki, son 3 il ərzində beynəlxalq fənn olimpiadalarında ümumilikdə qazanılan medalların 53%-i bu müəssisələrin şagirdlərinin payına düşür.

Qeyd olunan təhsil müəssisələrinin şagirdləri eyni zamanda müxtəlif müsabiqələrdəki uğurları ilə fərqlənirlər. Belə ki, onlar “Sabahın alimləri”, “Zəkaların mübarizəsi”, “Qərbi Azərbaycana qayıdış”, “Ən yaxşı təqdimat” kimi nüfuzlu müsabiqələrdə, eyni zamanda “STEAM Azərbaycan” layihəsində və digər yarışlarda fəal iştirak edir, yüksək nəticələr göstərirlər. Bu cür yarış və müsabiqələrdə şagirdlər intellektual inkişaf səviyyələrini və təhsil müəssisələrinin tədris keyfiyyətini bir daha nümayiş etdirirlər.

Lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir

Beləliklə də ölkəmizdə təhsil sahəsində həyata keçirilən mütərəqqi dəyişikliklər keyfiyyətli və modern təhsil mühiti kimi lisey və gimnaziyaların şəbəkəsinin genişlənməsi ilə müşahidə olunmaqdadır.  Artıq mövcud olan lisey və gimaziyalara əlavə olaraq  regionlarda - Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə yeni liseylər yaradılır.

Regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir. Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub.

Əlavə edək ki, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri