Icma.az
close
up
RU
Çiyələk sağlamlıq üçün niyə bu qədər faydalıdır?

Çiyələk sağlamlıq üçün niyə bu qədər faydalıdır?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dadlı olmaqla yanaşı, çiyələk orqanizm üçün əsl vitamin mənbəyi hesab olunur. Mütəxəssislərin fikrincə, bu yay meyvəsi immun sistemini gücləndirə, ürək sağlamlığını dəstəkləyə və hətta bəzi ciddi xəstəliklərin qarşısının alınmasına kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, mövsümü başlayan çiyələk yalnız ləzzətli desert deyil, həm də sağlamlıq baxımından çox faydalıdır. Alimlər illərdir onun insan orqanizminə təsirini araşdırır və getdikcə daha çox nəticə göstərir ki, bu sadə görünüşlü giləmeyvə müxtəlif səviyyələrdə – qan dövranından tutmuş həyat tərzi ilə bağlı xəstəliklərin profilaktikasına qədər müsbət təsir göstərə bilər. Bu səbəbdən dietoloqlar çiyələyi tez-tez "supermeyvə” adlandırırlar.

Döş xərçənginə qarşı potensial təsir

Araşdırmalar göstərir ki, antioksidantlarla zəngin qidalanma onkoloji xəstəliklərin riskini azalda bilər. İtaliyanın Urbino Universitetində aparılan tədqiqatlarda çiyələyin tərkibindəki polifenolların döş xərçəngi hüceyrələrinə təsiri öyrənilib.

Məlum olub ki, polifenollarla zəngin çiyələk ekstraktı (PRSE) aqressiv xərçəng hüceyrələrinin artımını ləngidə bilər. Lakin bu nəticələr hələlik yalnız laboratoriya şəraitində və heyvanlar üzərində təsdiqlənib. İnsanlar üzərində klinik sınaqlar davam edir.

Daha az şəkər və kalori – ideal pəhriz seçimi

Çiyələk az miqdarda fruktoza ehtiva edir. 100 qramında cəmi 32 kalori və təxminən 5 qram şəkər var.

Bu xüsusiyyət onu çəkisinə nəzarət edənlər üçün ideal edir. Böyük porsiya belə orqanizmə ciddi yük yaratmır.

Təbii immun dəstəyi

Çiyələk kalsium, kalium, fol turşusu və antioksidantlarla zəngindir. Xüsusilə diqqət çəkən məqam – onun tərkibində C vitamininin sitrus meyvələrindən belə çox olmasıdır.

Müntəzəm istehlak immun sistemini gücləndirə və orqanizmin infeksiyalara qarşı müqavimətini artıra bilər.

2-ci tip diabet riskinə təsiri

Aşağı şəkər tərkibi sayəsində çiyələk 2-ci tip diabet riski olan insanlar üçün də uyğun hesab olunur.

Araşdırmalar göstərir ki, bu giləmeyvə insulinə həssaslığı yaxşılaşdıra bilər və beləliklə, xəstəliyin qarşısının alınmasına kömək edir.

Ürək və damar sağlamlığı

Çiyələyin tərkibində olan polifenollar iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bu maddələr arterial təzyiqin azalmasına və damarların vəziyyətinin yaxşılaşmasına kömək edə bilər.

Eyni zamanda, giləmeyvələrin ürək-damar sisteminin ümumi sağlamlığına müsbət təsiri ilə bağlı məlumatlar da mövcuddur.

Həzm sisteminə faydası

Yüksək lif tərkibi, xüsusilə pektin və sellüloza çiyələyin həzm sisteminə müsbət təsir göstərməsinə səbəb olur.

Bu meyvə bağırsaq sağlamlığını dəstəkləyir və həzm problemlərinin qarşısını almağa kömək edə bilər.

Günay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 May 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri