Icma.az
close
up
RU
Azərbaycan Çin üçün niyə bu qədər ƏHƏMİYYƏTLİDİR...

Azərbaycan Çin üçün niyə bu qədər ƏHƏMİYYƏTLİDİR...

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci liderlər sammiti başa çatıb. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Hətta səfər çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Dövlət Başçısı bu gün digər liderlərlə birlikdə İkinci Dünya Müharibəsinin başa çatma günü ilə əlaqədar Pekində keçiriləcək paradda da iştirak edəcək.

Qeyd etmək lazımdır ki, Tiancin səfəri ölkə başçısının bu il ərzində Çinə ikinci səfəridir. Bundan öncə aprel ayında dövlət başçısı Çində səfərdə olub.

Ölkə başçısının bir ildə iki dəfə Çində səfərdə olması diqqətçəkən məqamlardan biridir. Görünür, Azərbaycanla Çin arasında münasibətlərdə müəyyən yeniliklər gözlənilir. Azərbaycanın dünyanın nəhəng iqtisadiyyatlarından biri olan Çindən gözləntiləri də vacib nüanslardandır.

Milli Məclisin Azərbaycan-Çin Parlamentlərarası İşçi Qrupunun üzvü Rəşad Mahmudov söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə bir il ərzində ikinci dəfə rəsmi səfəri iki ölkə münasibətlərində strateji mərhələnin başlanğıcını göstərir:

“Bu səfər sadəcə diplomatik protokol deyil, həm də geosiyasi və iqtisadi baxımdan mühüm hadisədir. Çin kimi qlobal gücün lideri ilə ardıcıl görüşlər Azərbaycanın Asiya istiqamətində artan marağını və Pekinlə əlaqələrin dərinləşdiyini təsdiqləyir. Səfər Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə rolunun gücləndirilməsi və siyasi etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çin Cənubi Qafqazda etibarlı tərəfdaş axtarır, Azərbaycan isə balanslı siyasəti, enerji və nəqliyyat imkanları ilə bu tələblərə cavab verir. Nəqliyyat və logistika sahəsində Zəngəzur dəhlizi və Bakı–Tbilisi–Qars xətti Çin üçün Avropaya alternativ marşrut rolunu oynayır. Azərbaycanın enerji ehtiyatları Çin bazarı üçün mühüm imkan yaradır, həmçinin bərpa olunan enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq da gündəmdədir. Azərbaycan üçün əsas prioritetlərdən biri Çin kapitalının qeyri-neft sektoruna yönəldilməsi, sənaye parkları və kənd təsərrüfatı sahəsinə sərmayələrin artırılmasıdır. Süni intellekt, enerji səmərəliliyi və rəqəmsal idarəetmə sahələrində texnologiya transferi də diqqət mərkəzindədir. Təhsil və mədəniyyət əməkdaşlığının gücləndirilməsi, universitetlərarası əlaqələr və tələbə mübadiləsi geniş imkanlar açır”.


Parlamentari əlavə edib ki, Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanın çoxvektorlu siyasətinin bariz nümunəsidir:

“Bakı Qərb, Rusiya və Çinlə paralel və balanslı əməkdaşlıq qurmaqla öz müstəqil diplomatik xəttini qoruyur. Bu isə Azərbaycanın regional sabitlik və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Avqustun 31-də Tiencində keçirilən görüşdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin strateji tərəfdaşlığın yeni mərhələsini təsdiqləyən bəyanatlar verdilər. Si Cinpin iki ölkə arasında münasibətlərin 30 ildən artıq uğurlu inkişaf yolunu vurğuladı, əməkdaşlığın energetika, rəqəmsallaşma və nəqliyyat sahələrində genişləndiyini qeyd etdi. Prezident İlham Əliyev isə Azərbaycanın xarici siyasətində Çinlə əlaqələrin prioritet olduğunu bildirib və “Bir kəmər, bir yol” təşəbbüsündə Orta Dəhlizin səmərəliliyini xüsusi vurğulayıb.

Tərəflər ticarət əlaqələrinin artdığını, vizasız gediş-gəlişin turizmə təkan verdiyini və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi qeyd etdilər. Görüşdə, həmçinin Azərbaycan–Ermənistan münasibətlərində sülhün bərqərar olunması istiqamətində irəliləyiş müsbət qiymətləndirildi".

Deputat vurğulayıb ki, bu görüş həmçinin Azərbaycan–Çin münasibətlərinin yeni mərhələsini simvollaşdırır, iqtisadi əməkdaşlıq genişlənir, siyasi dəstək qarşılıqlıdır:

"Perspektivdə ticarət həcminin artması (xüsusilə energetika və tranzit sahəsində), turizm əməkdaşlığının güclənməsi gözlənilir. Ümumilikdə münasibətlər möhkəm və qarşılıqlı faydalıdır, bu da hər iki ölkənin strateji maraqlarına uyğundur. Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib ki, Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan–Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb. Dövlət başçısı onu da əlavə edib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Prezident İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşulara fayda gətirəcək.
Bu səfər Azərbaycan–Çin münasibətlərində iqtisadi, texnoloji və siyasi baxımdan dönüş nöqtəsi olmaqla, ölkəmizin Asiya ilə əməkdaşlığını və qlobal diplomatiyadakı rolunu daha da gücləndirir. Çinlə əməkdaşlığın artırılması Azərbaycanın iqtisadi diversifikasiya, texnoloji modernləşmə və regional mövqeyin gücləndirilməsi strategiyalarının həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi və enerji potensialı Çinin Mərkəzi Asiya və Avropa ilə əlaqələrinin genişləndirilməsində əhəmiyyətli amil ola bilər.
Bir sözlə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri orada yüksək qonaqpərvərliklə qarşılanması və keçirdiyi mühüm görüşlər Azərbaycan liderinin qlobal nüfuzunun bariz göstəricisi kimi yadda qaldı. Eyni zamanda bu səfər ölkə başçımızın da vurğuladığı kimi yüksək səviyyəli münasibətlər fonunda Azərbaycan–Çin əlaqələrində yeni bir səhifənin açılması ilə tarixə düşdü”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri