Nizami Gəncəvi adına Xankəndi məktəbində 1000 dən çox şagird təhsil alır FOTO
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Xankəndi, 28 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Xankəndidə aparılan bərpa və quruculuq işləri çərçivəsində təhsil infrastrukturu da yenilənir. Bu yenilənmənin ən bariz nümunələrindən biri Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdir.
Təmirdən sonra 2024-cü ilin sentyabr ayında istifadəyə verilən təhsil ocağında sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, STEAM otaqları, kitabxana, yeməkxana, idman və akt zalları yaradılıb. Hazırda məktəbdə 1036 şagird təhsil alır, 64 nəfər pedaqoji və texniki heyət çalışır.
AZƏRTAC-ın bölgə müxbiri məktəbdə olub, müəllim və şagirdlərin təəssüratlarını öyrənib.
İngilis dili müəllimi Fatimə Quliyeva Xankəndidə yaşamağın, çalışmağın onun ən böyük arzularından olduğunu bildirib: “Mən Xankəndidə böyüməmişəm. Amma Xankəndi şəhəri ilə ailəmin xatirələrindən, gənclik hekayələrindən tanışam. Xankəndidə yaşamaq, çalışmaq mənim ən böyük arzularımdan biri olub. Bu gün Ali Baş Komandanın, Ordumuzun sayəsində həmin arzumu yaşayıram. İnanıram ki, Xankəndi gündən-günə daha da gözəlləşəcək və Azərbaycanın, hətta dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.
O, Xankəndidə müəllim işlədiyi üçün qürur keçirdiyini deyib: “Bu gün mən Vətənimdə, doğma Xankəndimdə pedaqoji fəaliyyətlə məşğul olduğum üçün qürur hissi keçirirəm. Şagirdlərin tədris etdiyim fənnə marağını görüb öz üzərimdə daha çox çalışıram. Məktəbin bütün müəllimləri mənim kimi öz pedaqoji fəaliyyətlərini həvəslə yerinə yetirirlər”.
6-cı sinif şagirdi Nailə Növrəsli də Xankəndidə təhsil almağın onun üçün qürurverici olduğunu deyir: “Mənim üçün Xankəndidə oxumaq çox qürurvericidir. Dərslərimiz yaxşı keçir. Burada yaxşı oxumaq üçün böyük imkan var. İngilis dili fənnini sevirəm, eyni zamanda incəsənətə, rəsmə də marağım var”.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb bölgədə təhsilin inkişafının və bu sahəyə göstərilən dövlət qayğısının parlaq nümunəsidir. Burada çalınan hər zəng, keçilən hər dərs şəhərin yenidən canlanan həyatını əks etdirir, Xankəndinin gələcəyini aydınladır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 28 Yanvar 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















