Icma.az
close
up
RU
Nizami Gəncəvi Özbəkistan nəşrlərində AZƏRTAC

Nizami Gəncəvi Özbəkistan nəşrlərində AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 dekabr, AZƏRTAC

Bu ilin əvvəlində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında təsis edilmiş Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti bu günə qədər bir sıra tədbirlər həyata keçirib. İctimai əsaslarla yaradılmış bu cəmiyyətinin ilkin mərhələdə tərəfdaşları Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Özbəkistan Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, Ankara Milli Kitabxanası və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətidir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyətinin icraçı katibi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov il ərzində görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən söhbət açıb. O, cəmiyyət üzvləri ilə koordinasiyalı şəkildə əlaqədə olduqlarını, Nizami Gəncəvi şəxsiyyəti, yaradıcılığı ilə bağlı həm ölkəmizdə, həm də ölkəmizdən kənarda həyata keçirilən tədbirləri, kitab nəşrlərini diqqətdə saxladıqlarını, müzakirələr aparıldığını bildirib. Onun sözlərinə görə, Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə bir neçə alimin Nizami Gəncəvi yaradıcılığında aparıcı olan türk sevgisindən, coğrafiyasından bəhs edən tədqiqat kitabı da yekunlaşıb.

Qeyd edək ki, cəmiyyətin dəstəyi ilə Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb: ilahi və tarixi ədalətin təntənəsi” və “Nizami Gəncəvinin yaradıcılığındakı multikulturalizm ideyası Şərq-Qərb mütəfəkkirlərinin fikirləri müstəvisində” məqalələri Özbəkistanın Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin beynəlxalq indeksli jurnallarında ingilis və rus dillərində çapdan çıxıb.

“Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb: ilahi və tarixi ədalətin təntənəsi” məqaləsində müəllif yazır: “Nizami Gəncəvinin Azərbaycan şairi olmasını təkcə onun əsərlərində türk düşüncə sisteminin, türk ruhunun, milli koloritlərlə zəngin obrazlar sisteminin mövcudluğu deyil, eyni zamanda, mənsub olduğu Azərbaycan xalqının onun adını ölkəmizin və dünyanın dörd bir yanında elm, təhsil, mədəniyyət, ədəbiyyat ocaqlarına verməsi ilə izah etmək mümkündür. Azərbaycanın qədim Xankəndi şəhərində ötən əsrin 40-cı illərində fəaliyyətə başlayan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb bu tezisin ən mühüm faktlarındandır”.

Müəllif diqqətə çatdırıb ki, Nizami Gəncəvinin ruhu, əsərlərində bəyan edilən milli və bəşəri dəyərlər türk ruhuna kökləndiyi kimi, Xankəndinin də müqəddəs, qədim türk yurdu olması, Qarabağ xanları tərəfindən salınması və ən əsası da tarixin bütün dövrlərində qoynunda Azərbaycan türk övladlarını bəsləməsi, yetişdirib bəşəriyyətə təqdim etməsi həm dahi şairin, həm də bu müqəddəs məkanın Azərbaycan tarixində oynadıqları rolun ən bariz təzahürüdür.

Məqalədə Azərbaycan Prezidentinin çıxışından bu sitat gətirilib: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır”. Müəllif vurğulayır ki, bu fikirlər əcdadlarımızdan, Nizami Gəncəvidən gələn milli mənəvi keyfiyyətlərin ən böyük təzahür forması və bəyannaməsidir.

Ə.Muxtarov diqqətə çatdırıb ki, tarixin ayrı-ayrı dönəmlərində həm Nizami Gəncəvini, həm də Xankəndi şəhərini Azərbaycandan ayırmağa çalışsalar da, xalqımız üçün olduqca milli olan bu iki anlayışın tamamilə Azərbaycana aid olmasını beynəlxalq səviyyədə bəyan edən və özümüzünkü edən xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev olub.

Məqalədə Xankəndidə 1945-ci ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin daha qədim tarixə - XIX əsrə aid olmasından, sonralar - XIX əsrin əvvəllərindən məqsədli şəkildə Qarabağda məskunlaşdırılan ermənilərin bütün cəhdlərlə bu təhsil ocağının Azərbaycan məktəbi kimi fəaliyyətinə maneələr törtməsindən, 1964-cü ildə fəaliyyətini dayandırmasından, “yeni məktəb yaratmaq” ideyası ilə məktəbə qeyri-azərbaycanlı direktorun təyin edilməsindən və 1969-cu ildə Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə gəlməsindən sonra bu məktəbin müstəqil fəaliyyətə başlamasından danışılır. Həmçinin ötən əsrin 80-ci illərinin sonlarından etibarən məktəbin yenidən qarşılaşdığı daha ağır günlərdən, habelə 2012-ci ildə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məktəbin fəaliyyətinin bərpa olunmasından, bu ilin sentyabrında Xankəndidə məktəbin istifadəyə verilməsindən, eləcə də Qarabağ Universitetinin qapılarını tələbələrin üzünə açmasından bəhs olunur.

Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin yaradıcılığındakı multikulturalizm ideyası Şərq-Qərb mütəfəkkirlərinin fikirləri müstəvisində” isə vurğulayır ki, dahi şairimizə dünya səviyyəsində olan sevginin mənbəyi onun yaradıcılığının mərkəzində insan və insana münasibət konsepsiyasının dayanması olub.

Məqalədə Azərbaycanda Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edilməsindən, 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsindən, Prezidentin himayəsi altında 2013-cü ildən etibarən Mərkəzin təşkilatçılığı ilə həyata keçirilən Qlobal Bakı forumlarının əhəmiyyətindən, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsindən danışılır. Həmçinin Şərqin və Qərbin böyük mütəfəkkirlərinin Nizami Gəncəvi ilə bağlı söylədikləri fikirlərdən, kəlamlardan bəhs olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri